
Hövzənin ali dərəcəli ustadı Höccətül-islam vəl-müslimin Məhəmməd Suruş Məhəllati, Səhər duasının şərhində Allahın geniş rəhmətindən (اللهم انی اسئلک من رحمتک باوسعها) danışıb. Onun bir hissəsini diqqətinizə çatdırırıq.
"Rəhməti vasiə" sərhəd tanımayan və həddi olmayan bir rəhmətdir. Bütün varlıqları əhatə edir və heç bir insan bu mərhəmətdən kənarda qalmır.
“Əl-Mizan” təfsirində Allahın geniş rəhmətindən bəhs edilir: O, hər şeyi əhatə edir, fərdləri və xüsusi şəxslərə məxsus deyil. Həmçinin fərdlər və qruplarla məhdudlaşmayan sonsuz rəhmətdir. Bu mərhəmətdə heç bir istisna yoxdur.
Allahın geniş mərhəmətinin şərti varmı?
Bütün insanlarda belə böyük bir mərhəmət var, ya yox? Əllamə Təbatəbai "Əl-Mizan" təfsirində belə cavab verib ki, bəzi insanlar bu rəhmətdə şərt olduğu üçün deyil, bəzilərinin bu rəhməti qəbul etmək istedadı, bacarığı və qabiliyyəti olmadığı üçün geniş mərhəmətdən məhrum olurlar. Bu mərhəməti qəbul etmək üçün insanın tutumunun olması lazımdır. İstəməyən və qəbul etməyən və başqa yola gedən şəxsləri, Allah məhrum etməmişdir, əksinə, Allahın rəhmət yağışı yağar, lakin bu adam qabı altına qoymaz və ya qabı başı aşağı qoyar. Yoxsa ki, Allahın rəhmətinin məhdudiyyəti yoxdur və sonsuzdur.
Təsəvvür edin ki, müəllim dərsi eyni şəkildə deyir, bütün tələbələrə izah edir və heç kəsi sinifdən qovmur. Lakin bəzilərinin hazırlığı yoxdur ya da hazırlığı daha azdır. Bəziləri isə mümkündür ki, qəbul etməsin və istəmədiyini söyləsin. Bu, müəllimin günahı deyil.
İki növ mərhəmət
Biz qəbul edə bilərik ki, ilahi rəhmət iki cürdür; İstedad, qabiliyyət və hazırlıq əsasında olan rəhmət ki, insanların halını ehtiva edir. İnsan əməlləri və özünü sıxıntılara salması ilə qəlbini pak saxlamışdır. Ruhi lətiflik və tutum tapdığı qədər ilahi rəhmətdən faydalanır. Bu da ləyaqətə əsaslanan mərhəmət adlanır.
İkinci növ rəhmət ləyaqətə əsaslanmayan mərhəmətdir. Bu ağlabatandır, yoxsa yox? Bir kəs ləyaqət tapmadığı halda Allah ona rəhmət etdi. Allahın övliyalarından bizə gəlib çatan bəzi dualardan belə məlum olur ki, biz buna layiq olmasaq da, Allahdan rəhmət diləməliyik. Şəbaniyyə münacatında oxuyuruq ki, İlahi, əgər mən Sənin rəhmətinə layiq olmasam da Sən Öz rəhmət və lütfündən mənə əta et. Mən mərhəmətə layiq deyiləm, amma Sən mərhəmət sahibi və lütfkarsan; Mənim layiq olmamağım Sənin lütfkarlığında problem yaratmır. Kərəminə əsaslanan geniş rəhmətini mənə nazil et.
Əbu Həmzə Somali duasında da deyilir ki, ya Rəbbimiz, Sənin lütf və rəhmətinin bizim halımıza şamil olması əgər bizim əməllərimizə əsaslansa, əməl və rəftarımızın vəziyyətinin pis olduğunu bilirik. İlahi, biz Sənin mərhəmətinə layiq deyilik, amma Sən mərhəmətlisən. İlahi, bizə minnət qoy. Sənin bağışlamağına layiq olanı bizə əta et.
Birinci növdə şərtlər var, ikinci növdə isə bütün bu şərtlər aradan qaldırılır. Orada hesab və rasionallıqdan, burada isə sevgi və məhəbbətdən bəhs edilir. Bu «اللهم انی اسئلک من رحمتک باوسعها» ifadəyə diqqət yetirdiyimiz zaman Allahdan qarşılıqlı münasibətimizdə bu hesabı bir kənara qoyaraq bizə böyük rəhmət etməsini diləyirik. O, heç bir şərti olmayan və heç bir ləyaqət olmadan istifadə edilə bilən bir mərhəmətdir.
4052590