IQNA

Peyğəmbərlərin tərbiyə üsulu; İbrahim (ə) / 2

Dinləyicilərin şəxsiyyətinə hörmət etmək

22:19 - May 28, 2023
Xəbər sayı: 3494243
Məşvərət etmək qarşı tərəfin şəxsiyyətinə hörmət etməyin nümunələrindən biridir. Bu, həzrət İbrahimin (ə) tərbiyə üsulunda, xüsusən də övladı ilə bağlı çox maraqlıdır.

Peyğəmbərlərin tərbiyə üsulu ilahi vəhy mənbəyinə bağlı olduğu üçün mühümdür və insanlara çox kömək edə bilər. Çünki O Allah insanı yaradıb və onun ehtiyaclarından və inkişaf yolundan xəbərdardır.

İbrahim (ə) Quranda hekayəti dəfələrlə təkrarlanan peyğəmbərlərdəndir. Həzrət İbrahimin (ə) həyatının böyük əhəmiyyəti onun hər bir insan üçün təsirli ola biləcək əxlaqi tərbiyə üsullarından istifadə etməsi ilə bağlıdır.

Həzrət İbrahimin (ə) istifadə etdiyi üsullardan biri də “qarşı tərəfin şəxsiyyətinə hörmət” üsuludur. Bu üsul həm də insanlar arasında yaratdığı böyük hörmətə görə özünəməxsus xüsusiyyətlərə malikdir: Məsələn, bu üsul özünə inam yaradır. Tərbiyəçi ilə tərbiyə alan insan arasında elə bir məhəbbət yaranır ki, rahatlıqla aradan getmir.

Həzrət İbrahimin (ə) qarşı tərəfin şəxsiyyətinə hörmətlə yanaşması barədə nümunələr göstərmək olar:

1_ Mələklərin qonaq statusunu xatırlamaq

Allah “Zariyat” surəsinin 24-cü ayəsində mələklərin İbrahimin (ə) yanına getməsi hekayəsini belə bildirir: "İbrahimin möhtərəm qonaqlarının xəbəri sizə çatıbmı?".

Bu ayədə təfsirçilərin qeyd etdikləri təfsirlərdə mələklər nəcib vəsf edilmişdir: Bu sifət İbrahimin özünün onları qəbul etdiyinə görədir və sanki onlara ehtiram göstərmişdir. Bu səbəbdən Həzrət İbrahimin bu üsuldan bacardıqca gözəl istifadə etdiyi və bu işin örnək olaraq qoyulması lazım olduğu aydındır.

2_ Mühüm məsələlərdə məsləhətləşmək

Qarşı tərəfin şəxsiyyətinə hörmət etməyin nümunələrindən biri olan məsləhətləşmək əxlaqi rəftar kimi qəbul edilir. Müəllim öz şagirdini yetişdirmək istəyirsə, ona tərbiyə metodu kimi məsləhətləşməyi öyrətməlidir. Məşvərət etməkdən başqa yerlərdə istifadə etməlidir.

Uca Allah “Saffat” surəsinin 102-ci ayəsində İbrahimin (ə) İsmayılı zibh etməsi zaman belə, onun şəxsiyyətinə hörmət etdiyini və onunla məsləhətləşdiyini bildirir: “O, yüyürüb qaçmaq (atasına kömək edə bilmək) çağına (on üç yaşına) çatdıqda (İbrahim) dedi: “Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən!” O dedi: “Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşallah, mənim səbirlilərdən olduğumu görəcəksən!”.

Bu, İbrahim Xəlilin zərifliyindən, dahiliyindən xəbər verir. Çünki oğlunun öz əli ilə kəsiləcəyi ehtimalı olan yerdə hələ də ona hörmət edib və onunla məsləhətləşir.

captcha