IQNA

ABŞ polisi müsəlman xanımın zorakılıqla hicabını açdı

17:09 - June 02, 2023
Xəbər sayı: 3494268
ABŞ-ın Miçiqan ştatında istintaq təcridxanasında gənc müsəlman xanımın zorakılıqla hicabı açılıb.

Beynəlxalq Quran Xəbər Agentliyinin (İQNA) şəfəqna-ya istinadən xəbər verir ki, 22 yaşlı Qrand-Rapids şəhər sakini şübhəli şəxs qismində həbs edilərək polis bölməsinə gətirilib, sonra isə Kent dairəsindəki həbsxanaya göndərilib.

Müsəlman xanım başındakı örtüyün dini örtük olduğunu desə də, ona protol üçün hicabsız halda şəkil çəkdirməli olduğu deyilib.

Müsəlman xanımın vəkili Emi Dukure bildirib ki, bununla belə polis əməkdaşları zor gücü ilə kişi zabitlərin qarşısında onun hicabını açıblar.

Dukurenin sözlərinə görə, polislər xanımın şəklini çəkərək onun hicabsız halda olan protokol fotosunu polisin rəsmi saytına yerləşdiriblər.

Müsəlman xanım daha sonra isə şübhələrin əsassız olması səbəbilə heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb.

Müsəlman xanım bu islamofob halla bağlı hüquq-mühafizə orqanlarını məhkəməyə verməyə hazırlaşır.

captcha