IQNA

Qahirədə 800 illik məscid iyirmi il təmirdən sonra yenidən açılıb

11:41 - June 06, 2023
Xəbər sayı: 3494286
Qahirədə hicri 7-ci əsrə aid olan Əl-Zahir Baybars məscidi iyirmi il təmirdən sonra Əl-Əzhər rəsmilərinin iştirakı ilə yenidən açılıb.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Misirin şahlarının hakimiyyəti dövründə 1268-ci ildə tikilmiş Əl-Zahir Baybars məscidi Qahirənin mərkəzində yerləşir.

Eramızın 13-cü əsrinə aid olan bu məscid illərlə sabun zavodu, kəsimxana və hərbi qala kimi istifadə edildikdən sonra dağılıb.

Şahlar dövründə 1268-ci ildə tikilmiş Əl-Zahir Baybars məscidi Qahirənin mərkəzinin şimalında 1,2 hektar əraziyə malikdir və Misirin üçüncü ən böyük məscidi hesab olunur.

Əl-Əzhər İslam Mərkəzinin rəhbəri Əhməd Ət-Tayyib bu məscidin yenidən açılması münasibəti ilə tvitində yazıb: "Tarixçilər həmfikirdirlər ki, Əl-Zahir Baybars Misir idarəçilik sisteminin ən böyük qurucusu olub. Şahlar dövründə o, öz qanunlarını qurmuş və həmin dövrdə müxtəlif islahatlara rəhbərlik etmişdir".

Məscidin təmirinə nəzarət edən Tariq Məhəmməd Əl-Bəhiri bildirib ki, məscidin ilkin vəziyyətinə qayıtması üçün fiziki və kimyəvi təmir işləri aparılıb. O deyib: "Məsciddə qala bilmək üçün struktur cəhətdən uyğun olmadığı üçün bəzi hissələr söküldü və biz yenidənqurma prosesində arxeologiyanın düzgün prinsipləri əsasında işləməyə çox həvəsli idik".

7,68 milyon dollara başa gələn yenidənqurma işlərinə 2007-ci ildə Qazaxıstanın birgə sərmayəsi ilə başlanılıb. Əl-Zahir məscidi 225 il müddətində bağlanıb tərk edilmiş və ya qeyri-dini məqsədlər üçün istifadə edilmişdir. Bu da onun dağıdılmasına səbəb olmuşdur.

Napoleonun Misirə yürüşü zamanı bina hərbi qala kimi istifadə edilmiş, daha sonra 19-cu əsrdə Osmanlı hakimiyyəti dövründə sabun fabriki kimi istifadə edilmişdir. Daha sonra ingilislər 1882-ci ildə Misiri işğal edəndə buradan heyvan kəsim kimi istifadə olunub.

Əl-Zahir Baybars Bundoqdari hicri 658-ci ildən 676-cı ilə qədər (miladi 1260-1277) Misir və Suriyanı idarə edən Misir Bəhri şahlarının dördüncü sultanı idi. O, sərkərdə Seyfəddin Qətzlə birlikdə Eyn Cəlut döyüşündə monqolları ağır məğlubiyyətə uğratmaqla onların irəliləməsinin qarşısını aldı. O, Aralıq dənizi regionunun siyasi və hərbi xəritəsinin dəyişdirilməsində böyük rol oynamış İslam orta əsrlərinin ən böyük sultanlarından biri adlandırılır.

Əl-Zahir Baybars təqribən 625-ci hicri / 1228-ci miladi ilində anadan olub. O, Orta Asiya əsilli, xüsusən də uşaq ikən Misirə köçmüş Qazaxıstan əsilli idi.

4145971

captcha