IQNA

Quran surələri / 82

"İnfitar" surəsində Allah qarşısında məğrur insanların aqibəti

23:52 - June 06, 2023
Xəbər sayı: 3494288
Tehran (İQNA) - İnsanın həm təbii, həm də qazanılmış imkanları çoxdur. Bütün bu imkanlar Allahdandır, lakin insan hər şeyin təmin olunduğu bir vəziyyətdə olanda Allaha şükür etməyi unudur.

Qurani-Kərimin səksən ikinci surəsi “İnfitar” adlanır. 19 ayəsi olan bu surə Qurani-Kərimin 30-cu cüzündə yer alıb. Məkkə surəsi olan "İnfitar", Peyğəmbərə (s) nazil olan səksən ikinci surədir.

“İnfitar” parçalanmaq, parçalamaq deməkdir. Bu surədə qiyamət ərəfəsində səmanın və səmavi kürələrin parçalanması nəzərdə tutulur. Bu surə ona görə “İnfitar” adlanır ki, onun birinci ayəsində İnfitar kəlməsi qeyd olunur. “İnfitar” surəsi Qiyamət gününün baş verməsindən, onun şəraiti və əlamətlərindən bəhs edir. Əbrar (yaxşılar) və Facirlərin (pis insanların) aqibəti və mövqeyindən xəbər verir.

"İnfitar" surəsində qiyamətin meydana gəlməsi, onun şərtləri və əlamətləri, dünyanın sonunda baş verəcək hadisələrdən bəhs edilir; Həmçinin insanı bütün varlığını bürümüş Allahın nemətlərinə diqqət yetirməyə yönəldir. Habelə insanları Əbrar (yaxşı) və Fuccar (şər) olmaqla iki qrupa bölərək hər birinin aqibəti və mövqeyindən bəhs edir. Xüsusi mələklərin hər bir insanın əməllərini qeyd etdiyini bildirir.

Bu surənin əvvəlində dünyanın sonu və qiyamətə hazırlığın dörd əlaməti var. Davamında qafil və məğrur insandan danışır. Qafil və məğrur insan haqqında danışır ki, nə qədər özündən razı, nəfsinə qapılan və hər şeydən xəbərsizdir.

Bu surədə insanların Qiyamət günü halları iki yerə bölünür; Birinci dəstə ilahi nemətlərdən bəhrələnən Əbrar (yaxşı insanlar); İkinci qrup Füccar (pis insanlar) ki, alovlu atəşə düçar olurlar.

Bu surənin diqqətəlayiq ayələri arasında 6-cı ayəyə müraciət edə bilərik ki, burada deyilir: يَا أَيُّهَا الْإِنسَانُ مَا غَرَّ‌كَ بِرَ‌بِّكَ الْكَرِ‌يمِ

“Ey insan, səni Rəbbinə qarşı məğrur edən nədir?”

Bu ayənin məqsədi qüruru qırmaq və insanları qəflətdən ayıltmaqdır. Bu, Allahın nemətlərinə nankorluq edən insanı məzəmmət etmək üçündür. Rəvayətlərə görə, İslam Peyğəmbəri (s) bu ayəni oxuduqdan sonra “İnsanın nadanlığı onun qüruruna səbəb olar” demişdir.

captcha