IQNA

Quranda əxlaqi mövzular / 14

Söz gəzdirmək böyük bir günahdır

9:16 - July 11, 2023
Xəbər sayı: 3494442
TEHRAN (IQNA) – Cəmiyyətə mənfi təsir göstərən və Qurani-Kərimin öz dinləyicilərini ondan çəkindirmək üçün xəbərdarlıq etdiyi davranışlardan biri də söz gəzdirməkdir. O, böyük günahlardan sayılan bir davranışdır.

Pis xüsusiyyətlərdən biri də insanların münasibətlərini pozmaqdır. Təbiidir ki, insanın bu pis məqsədə hər vasitə ilə çatsa, o vasitə də pisdir. İnsanların münasibətlərini pozan vasitələrdən biri də sözgəzdirməkdir. Söz gəzdirmək, vəziyyəti pozmaq niyyəti ilə kiminsə şəxsi sözlərini başqasına söyləməsidir.

Müsəlmanların müqəddəs kitabı olan Quran bu pis sifətdən bəhs etmiş və Peyğəmbərə (s) xitab edərək, bu xüsusiyyətə malik sözlərə diqqət yetirməyi qadağan etmişdir. Allah “Qələm” surəsinin ayələrində buyurur: “(Ya Peyğəmbər!) İtaət etmə (yalan yerə) hər and içənə, alçağa;    Qeybət edənə, söz gəzdirənə; Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana” (Qələm, 10-12(.

"Nəmimə" (ərəb dilində söz gəzdirməyə bərabərdir) sözü ilkin olaraq yeriyərkən bir şeyin hərəkəti və ya insanın ayağının yerə vurması nəticəsində yaranan qısa və yavaş səs deməkdir. Söz gəzdirənlər adətən yavaş və səssiz danışdıqları və bunları mühüm xəbər kimi qarşılansın deyə ona-buna dedikləri üçün bu sözü sözgəzdirmək barədə işlədirlər.

  Bu ayədə digər mühüm günahlar və ilahi ayələrə küfr etməklə yanaşı söz gəzdirməyin zikr edilməsi bu əməlin yüksək dərəcədə çirkinliyinə dəlildir! “Məşşain binəmim” (xalq arasında söz gəzdirmək) ibarəti, xalq arasında davamlı olaraq söz gəzdirən və onları bir-birinə bədbinləşdirən, qəlblərinə düşmənçilik toxumu səpən şəxslərə aiddir ki, bu da ən böyük günahlardan biridir.

Bu ayənin bütün insanlar üçün tərbiyəvi məqamı ondan ibarətdir ki, heç kim söz gəzdirən adamın sözlərinə inanmamalıdır: Çünki söz gəzdirən şəxsin cəmiyyətdə nifrət və rədd edilməsi lazımdır.

Davanın hər iki tərəfi söz gəzdirənin sözlərinə qulaq asarsa, çox vaxt peşman olurlar. Həmçinin ayrılığa səbəb olan şəxsə lənət oxuyur və insanlara belə bir adamla əlaqə saxlamamaq barədə xəbərdarlıq edirlər.

captcha