Quranın "Müzzəmmil" surəsinin ilk ayələrində Quran ağır söz kimi vəsf edilir. Allah bu həqiqəti 5-ci ayədə belə bildirir:
«إِنَّا سَنُلْقي عَلَيْكَ قَوْلاً ثَقيلا»
"Çünki tezliklə səni ağır bir sözlə ruhlandıracağıq!" (Müzzəmmil, 5).
Əllamə Təbatəbai “Əl-Mizan” təfsirində Quranın ağırlığını bir neçə şəkildə izah etmişdir:
1_ Mənəvi ağırlıq: Bu səbəbdən Quran ağır bir kəlmədir ki, bu kitab elə bir maarifə sahibdir ki, onun məzmununu hər kəs dərk edə bilməz. Yalnız o kəslər Quranı başa düşə bilirlər ki, nəinki günah etmir həqiqətdə, günah barədə heç düşünmür. Quran ayələrinə əsasən, İmamlar (ə) hər bir günahdan pak edilmişdir: "Allah ancaq siz Əhli-beytdən çirkinliyi və günahı yox etmək və sizi tamamilə pak etmək istəyir" (Əhzab: 33).
Bəzən bu ağırlıq Həzrət Peyğəmbərin (s) üzündə və bədən hərəkətlərində görünür və səhabələri bu ağırlığın şahidi olurdular. İmam Əli (ə) bu barədə buyurur: “Maidə surəsi ona nazil olan zaman Peyğəmbər dəvəyə minmişdi. Vəhy Peyğəmbərə çox ağır gəldi ki, heyvan dayandı və qarnı aşağı düşdü. Bu zaman gördüm ki, heyvanın göbəyi yerə dəymək üzrədir.
2_ Dini və əxlaqi təlimlərin həyata keçirilməsinin ağırlığı: Əllamə Təbatəbai Quranın bu cəhətinin ağırlığını qeyd etmək üçün bu ayəni başqa bir ayəyə istinad edir. Allah “Həşr” surəsinin 21-ci ayəsində buyurur: "(Ya Peyğəmbər!) Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan əyilib (təzim edərək) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır). Biz bu misalları insanlar üçün çəkirik ki, bəlkə, düşünələr" (Həşər, 21).
Bu ayədə bir həqiqətdən bəhs edilir və o da budur ki, Quranda hidayət əskikliyi yoxdur. Bəzi insanların hidayətə qovuşmaması öz zəifliklərindəndir.
3_ Quranı camaatda tətbiq etmək və insanları dəvət etməyin ağırlığı: Bu ağırlıq, Peyğəmbərin (s) bunu həyata keçirməkdə müşriklər və kafirlər tərəfindən işkəncələrə məruz qalması ilə əlaqədar idi. Məsələn, bu şəkildə (camaat içində Qurani-Kərimi həyata keçirmək) Peyğəmbər digər möminlərlə birlikdə 3 il Şibi-Əbi Talibdə çox əziyyətlər çəkdi. Bu müddət ərzində Peyğəmbərin (s) maddi yardımçısı olan Həzrət Xədicənin malı tükənmişdi. Peyğəmbərin və digər insanların Şibi-Əbi talibdə heç kimlə alver və alqı-satqı etmək haqqı yox idi.
Beləcə Peyğəmbərin (s) yoluna tikan və başına dəvənin içalatını tökürdüləür. Peyğəmbərə (s) o qədər əziyyət etdilər ki, həzrət buyurdu: "Heç bir peyğəmbər mənim qədər əziyyət olmamışdır".