IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 18

Peyğəmbərin (s) dəvəti ölümdən həyata dəvətdir

15:52 - July 18, 2023
Xəbər sayı: 3494477
TEHRAN (IQNA) - Bizim varlıqdan ilk dərkimiz, hər mövzuda birinci mövqeyə malik olan Tanrının dərk edilməsidir; Bir böyük şəxsiyyətdən soruşdular ki,əgər Allahı görə bilsək, necə görə bilərik? Dedi: "Gözlərinizi yumun, sonra açın, ilk görəcəyiniz Allahdır".

 

"Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər (insanın bütün varlığına hakim olar; Allah ürəklərdən keçən hər şeyi bilir, bütün ürəklərin ixtiyarı da Onun əlindədir) və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz!” (Ənfal, 24).

Bu ayə həyat və hikmətin gözəlliyi və parlaqlığı baxımından çox heyrətamizdir. Yeni həyata dəvət olunmaq nə böyük xoşbəxtlikdir?! Canımızdan bizə daha yaxın olan dünyanın ruhuna özünü yaxın hiss etməyin nə qədər sevinci var?!

Bu ayədə bizə üç bənzərsiz həyat, eşq və ümid incisi verirlər: Biri budur ki, Peyğəmbərin (s) dəvəti ölümdən həyata çağırışdır, yəni iman Peyğəmbərin dəvətinə cavab verənlər üçün yeni bir həyatdır. Kim yaşamaq və yeni bir ruh tapmaq istəmir? Yəni, heyvani məqamı olan dünya həyatından (yemək, yatmaq, qəzəb və şəhvətdən) insanlığın məqamı olan gözəllik, hikmət və yaxşılıq məqamına qədər.

İkincisi, deyir ki, Allah insanla onun qəlbi arasında dayanır. Bu, Allahın bizə bizdən daha yaxın olmasının başqa bir təfsiridir. Çünki daha yaxın olan bizimlə başqa bir şeyin arasında dayana bilər. Əgər insan istəsə, özündən və şərdən qaça bilsin və sağ olsun, onunla özü arasına Allahdan başqa heç kim girə bilməz.

Allahın insanla qəlbi arasına müdaxilə etməsində yatan başqa bir incə məqam da odur ki, o, özünü görməzdən əvvəl ilk növbədə onunla qəlbi arasında duran Rəbbini görəcək. Deməli, “Huvəl-əvvəl” ayəsinin nümunəsinə əsasən; O, birincidir” (Hədid, 3). Bizim varlıqdan ilk dərkimiz, hər mövzuda birinci mövqeyə malik olan Tanrının dərk edilməsidir; Bir böyük şəxsiyyətdən soruşdular ki,əgər Allahı görə bilsək, necə görə bilərik? Dedi: "Gözlərinizi yumun, sonra açın, ilk görəcəyiniz Allahdır".

Üçüncü cəvahir müjdədir ki, bir gün Rəbbimizin hüzuruna qayıdacağıq və hamımız onunla birlikdə toplanacağıq. İnsan o günü xatırlamalı və o böyük qonaqlığa daxil olmaq üçün hazırlaşmalıdır. Hansı sifətlə, hansı paltarla hansı cazibə və imtiyazla orada iştirak etməlidir ki, utanması?

* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4115208

captcha