"Göydə də ruziniz və vəd olunduğunuz şey (mükafat, cəza) vardır!" (Zariyat, 22).
Tarix boyu bəşəriyyətin problemlərindən biri də bu günə qədər qəddarlıqdan, təcavüzkarlıqdan, hiyləgərlikdən, yalandan, haqsızlıqdan, zorakılıqdan və digər şeytani sifətlərdən tutmuş hər cür ictimai və əxlaqi fəsadlar olmuşdur. Təkcə bu qısa ayə bir dərmandır ki, insanlar onun təbabətinə inanıb bu dərmandan bəhrələnsələr, dünyanın bütün iqtisadi və nəhayət ictimai problemləri qaranlğın nurun qarşısında aradan getdiyiy kimi yox olar.
Bütün fəsadlar insanların ruzisini artırmaq üçün səy göstərməsindən qaynaqlanır. Hər kəs bacardığı qədər malını artırmağa çalışır və imkan daxilində belə bu süfrəyə mal, yemək qoymur. İnsanların cəhaləi ondan ibarətdir ki, onlar öz ruzilərini istənilən yolla artıra biləcəklərini düşünürlər. Buna görə də hərislik və hər cür hiylə və yalanlarla, kiçik və böyük mallara təcavüz etməklə daha çox var-dövlət əldə etməyə çalışırlar.
Bu ayədə Allah insanlara vəd edilən hər şeyə and içmişdir ki, bütün insanların ruzisi Allahın əlindədir.
Əvvəla, bu andın özünəməxsus böyüklüyü var. Ona görə ki, bütün dövrlərdə insanların arzularını özündə ehtiva edir. Yəni Allah bütün bəşəriyyətin tarix boyu axtardığı bir şeyə and içmişdir. O cənnət müxtəlif sivilizasiyaların əfsanələrində görünən qızıl dövrdür.
Deyir: Bu arzulara and olsun ki, sizin ruziniz səmada Allahın yanında müəyyən edilib. Əgər sizə bir iş tapşırılıbsa, bu, ruzini artırmaq üçün deyil, vəzifəni yerinə yetirmək üçündür. Çünki ətrafımıza nəzər salsaq, açıq-aydın başa düşəcəyik ki, biz minlərlə hadisəyə, minlərlə insana borcluyuq. Geyinmişiksə, evdə yaşayırıqsa, yemək hazırlanırsa, ruhumuzu doyuracaq kitabımız varsa, musiqi və sənət varsa, bunların hamısı bizim üçün başqa insanlar tərəfindən təmin edilir. İnsan heç vaxt maddi və mənəvi ehtiyaclarının hamısını təmin edə bilməz. Deməli, insan dini hiss keçirir ki, mənim xidmət etmək üçün bu qədər insan neməti varsa, mən də öz qabiliyyətimlə, ağlımla, istedadımla başqalarının zövq alacağı faydalı bir iş görməliyəm. Minlərlə insanın rəngarəng xörəklər qoyduğu dünyanın rəngarəng süfrəsi mənə nəsib olubsa, bu süfrəni öz zəhmətimlə daha da rəngarəng etmək insafdır.
Ona görə də işin məqsədi ruzimizi artırmaq deyil. Halbuki Allah o işi bəhanə edərək bizə təqdir etdiyi qədər ruzi verir. Bu baxışla bütün hiylələr, talan və təcavüzlər etibardan düşər. Çünki bu yollarla nemətlərdən bəhrələnməyini artıra bilməz. Əgər bu ayə insanların təkcə dilində deyil, qəlblərində olarsa, həyatda heyrətamiz bir hadisə baş verər ki, bütün şeytani hiylə və düşüncələrdən uzaq olarlar. Həmçinin dünyada tam ixlas və sevgi ilə çalışarlar. Allahın onlara verdiyi hər ruzidən sevinclə qidalanırlar.
"Sizin ruziniz səmadadır" ayəsindən əldə oluna biləcək başqa bir təfsir də səmada həqiqi bir ruzinin olmasıdır. Yer üzündə olanlar hərəkət edib həyatımıza davam etmək üçün heyvaniyyətimizin ruzisidir. Amma bizim insaniyyətimizin səmavi süfrələrə ehtiyacı var. O səmavi ruzi həmin gözəllik, hikmət və xeyirxahlıqdır ki, hər üçü göydən qaynaqlanır.
* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4115213