IQNA

İslamın əqidə prinsipləri; Ədalət / 20İslamın əqidə prinsipləri; Ədalət / 20

Allahın sınağı və insanların reaksiyası

10:58 - July 26, 2023
Xəbər sayı: 3494519
TEHRAN (IQNA) - İnsanların çətinlik və müsibətlərə müxtəlif reaksiyaları vardır. Quran onları bu mövzuya əsasən bölür və hər birinin davranışının nəticəsini qiymətləndirir.

Quranda buyurulur: “Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbir edən şəxslərə müjdə ver!” (Bəqərə, 155). Bu imtahanın aləti nədir?

  Quran bu haqda buyurur: “Əlbəttə, siz malınız və canınızla imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilmiş kimsələrdən və (Allaha) şərik qoşanlardan bir çox əziyyətli sözlər eşidəcəksiniz. Əgər səbir edib Allahdan qorxsanız, əlbəttə, bu, məqsədə müvafiq (dəyərli) işlərdəndir” (Ali-İmran, 186). "İnsan acı və şirin hadisələrlə imtahana çəkilir. “Nəbulukum şər və xeyirlə" (Ənbiya, 35).

  Allah insanı gah qorxu, gah aclıq, gah quraqlıq, gah da məhsulun məhv olması, gah da müsibətlər görmək və yaxınlarını itirməklə, gah da nemət verməklə və bəzən də o neməti almaqla imtahan edər.

İnsanların reaksiyaları

  İnsanların çətinliklərə və müsibətlərə müxtəlif reaksiyaları var:

  Bir qrup insan müsibətlər və acı hadisələr qarşısında qışqırmağa başlayır. Allahın ədalətinə, lütf və hikmətinə, yaradılış sisteminə pis sözlər deyirlər. Quran bu qrupu belə tərif edir: Bu insanların başına çətinlik və şər gələn kimi qışqırıb gileylənirlər” (Məaric, 20).

  Bir qrup məşəqqətlərə səbir və mətanətlə dözür, həm dil həm də ürəklə deyirlər: "Biz hamımız Allaha məxsusuq və Ona qayıdacağıq!" (Bəqərə, 156).

  Bir qrup təkcə səbirli deyil, həm də minnətdardır. Aşura ziyarətinin sonunda səcdədə olarkən deyirik: "Allahummə ləkəl-həmdu həmdəş-şakirin ləkə əla musabihim"; "İlahi! Aşura gününün çətinlik və müsibətlərinə qarşı İmam Hüseynin (ə) səhabələrinin şükrünə bənzər bir şükürüm Sənədir". Bəli, Allah yolunda çətinliklərə sinə gərmək, şəhid olmaq Allah övliyalarının ən böyük arzusudur və istəklərinə çatan kimi Allaha şükür edərlər.

  Daha çox inkişaf edən qrup isə bilərəkdən və sevərək müsibətlərə doğru gedir. İslamın zühurunun əvvəlində müsəlmanlar vasitə və avadanlıq çatışmazlığı ilə üzləşdikdə, Peyğəmbərin (s) səhabələrindən bəziləri Peyğəmbərin (s) hüzuruna gələrək döyüş vasitəsi istəyirdilər. Həmçinin cihadda iştirak etməyə icazə istəyirdilər. Lakin Peyğəmbər (s) onlara belə cavab verirdi: “Mənim sizə verəcək heç bir döyüş vasitəsi (qılınc və atım) yoxdur. Quranda onlar haqqında buyurulur: “(Döyüşə getməyə minikdən ötrü) yanına gəldikdə: “Sizin minməyiniz üçün bir heyvan tapmıram”, -deyərkən (cihad yolunda) sərf etməyə bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönənlərədə də heç bir günah yoxdur!” (Tövbə, 92).

  Ona görə də insanların imkanları və çətinliklərə, hadisələrə reaksiyası fərqlidir; Biri ondan qaçır, digəri isə onu qarşılamağa gedir. Necə ki, uşağa soğan verirsən, dişini qoyan kimi gözündən su axan kimi qışqırıb onu atır, amma daha yetkin ata gedib həmin acı soğanı pulla alır.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Ədalət)" kitabından götürülmüşdür.
captcha