IQNA

Moskvada Aşura sərgisi keçirilib

10:42 - July 27, 2023
Xəbər sayı: 3494523
Moskva (IQNA) – İranın şimal-qərb əyalətlərindəki Əba Abdullah Hüseynin (ə) aşiqlər diyarından Aşura görüntülərinin incə kolleksiyası Moskva İslam Mərkəzində nümayiş etdirilib.

"İQNA", İslam Mədəniyyəti və Rabitə Təşkilatına istinadən xəbər verir ki, bu sərgi Aşura mesajını tanıtmaq və çatdırmaq, dini və mədəni imkanlar yaratmaq və müsəlmanların bir-biri ilə əlaqələrini mümkün qədər gücləndirmək məqsədi daşıyır.

Moskva İslam Mərkəzində İranın fotoqraf rəssamı Davər Əlainin “Azərbaycanda Aşura” adlı əsərlər toplusu Məhərrəm ayının 10-na kimi davam edəcək.

Universitet ustadı Əlai “Azərbaycanda Aşura” sərgisi haqqında deyir: "Bu əsərlər qürurla Ərdəbil, Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Zəncan vilayətlərində Məhərrəmlik günlərində 20 illik fotoqrafiya və İmam Hüseyn (ə) aşiqlərinin diyarından Aşura şəkillərinin nəfis kolleksiyasının tərtib edilməsinin nəticəsidir. Bu, Moskva İslam Mərkəzinin dəvəti və dəstəyi ilə yaradılmışdır. Həmçinin ümid edilir ki, bu, həzrət Hüseynin aşiqlərinin və Moskvaya gələn müsəlmanların diqqətini cəlb edəcək".

Qeyd edək ki, Davər Əlai 1354-cü ildə Ərdəbildə anadan olub. O, sənət araşdırmalarının məzunudur və fotoqraflıqla bağlı bir çox festival və tədbirlərdə iştirak edib. Çoxsaylı fərdi sərgilər keçirib və müxtəlif milli müsabiqələrdə münsiflər heyətinin üzvü olub.

4158197

captcha