IQNA

Danimarkada Quranı müdafiə edən qadın: "İttihamlara baxmayaraq, əməlimdən peşman deyiləm"

9:55 - August 01, 2023
Xəbər sayı: 3494544
KOPENHAGEN (IQNA) - Kopenhagendə Quranın bir nüsxəsinin yandırılmasının qarşısını almağa çalışan, lakin polisin müqaviməti ilə üzləşən İraq əsilli Danimarka vətəndaşı ona qarşı irəli sürülən ittihamlara baxmayaraq, etdiyinə görə peşman olmadığını deyir.

Ötən həftə 25 ilə yaxındır bu ölkədə yaşayan İraq əsilli Danimarka vətəndaşı Qüdisəs-Səmrai İraqın Kopenhagendəki səfirliyi qarşısında “Danske Patrioter” adlı anti-islam və ekstremist qrup tərəfindən Quranın yandırılmasının qarşısını almağa çalışıb.

O deyir: "Quranı qorumağa cəhd etdiyim üçün Danimarka vətəndaşlığımı itirməyimə narahat deyiləm. Quranı müdafiə etdiyimə görə peşman deyiləm".

O, həmçinin dedi: "Kopenhagendə gəzərkən yolun kənarında yandırılmış Quran gördüm və dərhal götürdüm. Quran yandıran şəxs mənim onu ​​götürdüyümü görəndə dərhal mənə hücum etdi və onu nə üçün götürdüyümü soruşdu. Həmin şəxs məni itələyərək çiynimə vurdu".

O, əlavə edib ki, üzərində ayaqqabı olan başqa Quran görüb və ayaqqabını Müqəddəs Kitabdın üzərindən götürməyə çalışıb. Deyir: "Quranın üzərindən ayaqqabıları götürmək istəyəndə danimarkalı yenə mənə hücum etdi və arxadan məni vurdu. Sonra polisə zəng etdim, onlar gələndə Quranı yandıran şəxs polisə dedi ki, mən onun əşyalarını oğurlamışam. Mən Quranı ondan aldım, amma polis onu yandırmaq üçün geri verdi. Ertəsi gün polis bölməsinə gedəndə bildim ki, o da mənim barəmdə şikayət edib və məni əşyalarını oğurlamaqda ittiham edib!".

4159362

captcha