Həzrət Əli (ə) buyurur:
«اِنّ حَقیقَةَ السّعادَةِ أن یَختِمَ لِلمَرءِ عَمَلُه بِالسّعادَة و اِنّ حَقیقَةَ الشّقاءِ أن یَختِمَ لِلمَرءِ عَمَلُه بِالشّقاءِ»
"Xoşbəxtliyin həqiqəti budur ki, insanın işi səadətlə bitər, bədbəxtliyin həqiqəti isə odur ki, işin sonu bədbəxtliklə bitər".
Buna görə də ilahi övliyalar həmişə öz aqibətlərindən qorxublar və Allahdan xoşbəxtlik və aqibətlərinin yaxşı olmasını diləyiblər.
İmam Səccadın (ə) Ramazan ayının səhərlərindəki dualarından birində oxuyuruq: “İlahi! Tarixi müvəqqəti olmayan bir imanı mənə ver. Elə ki, o, iman ölümdən sonra və hüzuruna gələnə qədər davam etsin” (Əbu Həmzə Sumali duası).
Bəzi dualarda görürük ki, ilahi övliyalar əmin-amanlıq və sağlamlıq vəziyyətində öz əqidələrini Allaha bəyan edib, sonra Allahdan istəyirlər: “Rəbbim! İndi təlaşsız və aramlıqla dediyim bu inancları hər cür qorxu ilə üzləşəcəyim ölüm zamanında mənə qaytar” (Ramazan ayının səhər duası və Ədilə duası).
Quranda oxuyuruq: "İnsanlar iman gətirdikdən sonra kafir olurlar" (Nisa, 137 və Münafiqun, 3). Quranda və İslam fiqhində mürtədliyin müzakirəsi gündəmə gətirilir və mənası imandan uzaqlaşıb küfrə üz tutmaqdır.
Quran elmdə qüvvətli olanlardan nəql edir ki, insanın qabağına çıxan və onun fikri yolunu dəyişən sapmalardan həmişə qorxurlar və Allahdan belə diləyirlər: Rəbbimiz! Qəlblərimizi doğru yola yönəltdikdən sonra azdırma!” (Ali-İmran, 8).
Allahın möminlərə verdiyi nemətlərdən biri də ölüm anında onları dindarlıqlarında sabit saxlamasıdır. Necə ki, Qurani-Kərim buyurur: “Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm söz ilə sabitqədəm edər” (İbrahim, 27).
Həzrət İbrahim (ə) və Yaqub (ə) da öz övladlarına belə vəsiyyət ediblər: Ölüm anında iman və təslimiyyətlə Allahın hüzurunda olmağa çalışın” (Bəqərə, 132).
Allah təqvaya əmr etdikdən sonra möminlərə belə buyurur: “Müsəlman dan ölməyin” (Ali-İmran, 102).
Aqibəti pis olanlardan nümunələr
Quranda təxminən on beş dəfə bəhs edilən aqibəti pis olmağın nümunələrindən biri də İblisin Adəmə səcdə etməməsidir. Halbuki həzrət Əlinin (ə) sözlərinə görə, şeytan altı min il ibadət edib. aydın deyil ki, bu, dünya ili (365 gün) və ya hər günü əlli min ilə bərabər olan axirət ili ilədir. Necə ki, Quran buyurur: Qiyamətin bir günü əlli min ilə bərabərdir.
Lakin şeytanın bütün işləri bəndəlik deyil, ibadət idi. bu bir forma idi, qəlbən göülən bir iş deyil. Ruhu Allaha təslim olmadı, təkəbbür etdi və bütün ibadətləri havaya uçurdu. Bu, pis sonun ən yaxşı nümunəsidir ki, Quranda qeyd olunur.
Quran və hədislərdəki pis sonun başqa bir nümunəsi də Musa peyğəmbərin (ə) dövründə yaşamış alim Bələm Bauranın hekayəsidir. O, o qədər yüksəlmişdi ki, bəzən Musa peyğəmbər (ə) ondan təbliğçi kimi istifadə edirdi. Onun duaları qəbul edilirdi. Lakin nəfsi ucbatından Fironun sisteminə yaxınlaşaraq pis sonla qarşılaşdı və Həzrət Musanın müxaliflərindən oldu. Onun hekayəti Əraf surəsində qısa şəkildə gəlmişdir (Əraf, 175).
* Möhsin Qəraəti tərəfindən yazılmış "İslami İnancların Əsasları (Qiyamət)" kitabından götürülmüşdür.