IQNA

İslamın əqidə prinsipləri; Məad / 33

Vəsiyyətin əhəmiyyəti

11:19 - August 16, 2023
Xəbər sayı: 3494605
TEHRAN (IQNA) - Ölümün astanasında zəruri müzakirələrdən biri də İslamda çox vurğulanan və qəlblərdə qiyamət xatirəsini daha canlı edən vəsiyyət etməkdir.

Vəsiyyət ölüm vaxtına məxsus deyil və daha yaxşı olar ki, insan ilk fürsətdə vəsiyyətini hazırlasın. Amma onlar adətən ölüm ərəfəsində vəsiyyət edirlər və bu, vəsiyyət etmək üçün son fürsətdir.

  Qurani-Kərim buyurur: “Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq şərtilə) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir” (Bəqərə, 180).

  Vəsiyyət etmək müstəhəb olsa da, Quranın ibarəti “Kütibə əleykum” ifadəsi ilə gəlir. Bu, orucun vacib edilməsində (Bəqərə, 183) işlədilən ibarətlə eynidir. Quranın ibarətləri və dini liderlərin tövsiyələri onu vacib olma həddinə çatdırdı.

  Vəsiyyət o qədər əhəmiyyətlidir ki, Peyğəmbər (s) buyurur: Kim vəsiyyətlə ölsə, şəhid olmuş kimidir. Hər kim vəsiyyət etmədən ölsə, cahiliyyət dövründə və İslamdan əvvəlki insanlar kimi ölüb.

* Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.

captcha