“Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə dilədiyi kimsə üçün bağışlar. Allaha şərik qoşan şəxs, şübhəsiz ki, (haqq yoldan) çox azmışdır” (Nisa, 116).
Bu müjdə tövbəyə şəfaət etmədən bütün günahların müjdəsidir. Çünki Allah buyurur ki, şirk bağışlamaz, ondan başqasını bağışlayar. Aydındır ki, əgər bağışlamaqdan məqsəd diqqətlə birlikdədirsə, bu, şirkə də şamil olur. Ayədə narahatlıq doğuran yeganə məqam budur ki, Allah istədiyinin günahlarını bağışlayar. Bu da Allahın o kəslərə lütfüdür ki, günahlarının bağışlanmayacağını düşünürlər. Ona görə də yaxşı olar ki, tövbə edib Allaha qayıtsınlar.
Amma şirk də elə bir günahdır ki, geniş mənada bütün günahları özündə ehtiva edir. Çünki haqqa şərik qoşmaq batili arzulamaqdır. Bu da bütün haqsızlıqların və günahların mənbəyidir. Çünki insanlar haqqa deyil, məqsədlərinə çatmaq üçün yalana, təcavüzə, hiyləyə arxalanırlar. Bütün bunlar Allaha şərik qoşmaqdır. Çnki yalanın da ona şöhrət gətirə biləcəyini düşünür. Halbuki həqiqi şöhrətə nail olmaq üçün həqiqət ona kömək edir. Biz görürük ki, vəhşiliklərin çoxu bu cür əməli şirkdən irəli gəlir. Dünyada baş verən hər bir fitnə şeytani qüvvələrin köməyi ilə olur. Ona görə də kimsə şirkdən tövbə etsə, həqiqətən də bütün günahlardan tövbə etmiş olur.
* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4116332