IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) şəfəqna-ya istinadla xəbər verir ki, xarici mediaya istinadən xəbər verir ki, hadisə Uttar-Pradeş ştatında yerləşən Neha dövlət ibtidai məktəbində baş verib.
Belə ki, induist olan müəllim Tripta Tyaqi dərsə düzgün cavab vermədiyi şagirdlərə öz müsəlman sinif yoldaşını döyməyi əmr edir.
Sinif yoldaşları sıra ilə öz müsəlman sinif yoldaşını vururlar.
Üstəlik, müəllim hiddətlənərək şagirdlərə “Niyə zəif vurursan? Onu daha möhkəm vur” deyir.
Yayılan görüntülərdə müəllimin bu ifadəni də işlətdiyi eşidilir: “Mən bildirirəm ki, bütün müsəlman uşaqlar yox olmalıdırlar“.