Sadə dillə desək, tövbə günahdan peşman olub onu tərk etmək qərarına gəlmək və keçmişi düzəltmək deməkdir. Şəriətin irəli sürdüyü tövbə isə günahı çirkinliyinə görə tərk etmək, etdiyinə peşman olmaq, günahı tərk etmək istəyi və günaha qayıtmağın qarşısını almaq üçün zəmin hazırlamaq deməkdir. Bu dörd şərt yerinə yetirildiyi zaman tövbə və günaha qayıtmamaq şərtləri tamam olur. Tövbə pisliklərdən və azğınlıqlardan ayrılıb Allaha tərəf getməyin yeganə yoludur. Əgər aləmlərin Rəbbi Öz rəhmətindən insanlara bu yolu açmasaydı, heç kimin Onun qapısına çatması üçün bir yol olmazdı.
Əgər tövbə edib Allaha üz tutmaq yolu yoxdursa, insan bütövlükdə inkişaf edə bilməz. Çünki insan ixtiyar sahibidir ki, hər an günah etməsi mümkündür. Hətta insanlıq səviyyəsindən də aşağı düşə bilər. Lakin insanın tövbə imkanı olmasa, heç bir şəkildə kamillik və səadətə çata bilməz.
Ən təsirli tərbiyə üsulu, insanı daxildən yaxşıya, pisdən qayıtmaq ruhuna çağıran üsuldur. Çünki insana kənardan nəyisə sırımaq həmişə mümkün olmur. Daxili hazırlıq və istənilən vəziyyətdə haqlı olmaq və sığınmaq istəyi insanı çirklənmədən sığortalayır. Buna görə də tövbə ən yaxşı tərbiyə üsullarından biri hesab oluna bilər.
Quranın bəni-israilə xitab edən bir hissəsində Allah buyurur: “Tövbə edib iman gətirən, saleh əməllər edən və hidayət olanı bağışlayaram!” (Taha, 82). Nəzərə alsaq ki, Qaffar mübaliğədir. Bu onu göstərir ki, Allah tövbə edənləri bir dəfə deyil, dəfələrlə bağışlayar.
Musa peyğəmbərin (ə) hekayətində, Allah bəni-israili fironlardan xilas etdikdən sonra Musa (ə) yoxluğunda bəni-israil bütpərəstliyə üz tutdular. Musa (ə) öz qövmünün yanına qayıdıb bu vəziyyəti görüb buyurdu: “Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, özünüzü öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!” (Bəqərə, 54).
Samirinin düzəltdiyi buzova sitayiş etmək kiçik bir iş deyildi. Bəni-İsrail Allahın bütün əlamətlərini və peyğəmbərlərinin möcüzələrini gördükdən sonra hər şeyi unudublar və Həzrət Musanın (ə) qısa müddət ərzində yoxluğu ilə tövhidin əsas prinsipini və Allahın qanunlarını tamamilə pozub və bütpərəst olublar. Əgər bu məsələ onların beyinlərindən əbədi olaraq silinməsə, hər fürsətdən sonra, xüsusən də Həzrət Musanın (ə) vəfatından sonra təhlükəli vəziyyət yaranacaq.
Buna görə də, Allah tərəfindən bütün peyğəmbərlər tarixində misilsiz olan şiddətli bir əmr, yəni tövbə edib tövhidə qayıtmaq əmrindən əlavə, böyük bir günahkar dəstəsini öz əlləri ilə edam etmək əmri verildi.