IQNA

7:43 - September 03, 2023
Xəbər sayı: 3494694

Nyu-Yorkda azanla bağlı məhdudiyyət ləğv edildi

WASHİNGTON - Nyu-York rəhbərliyi şəhərdə cümə günün azanın verilməsinə razılıq verib.

Nyu-Yorkda azanla bağlı məhdudiyyət ləğv edildi

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) istinadən xəbər verir ki, bu barədə şəhər meri Erik Adams bildirib.

Belə ki, əgər əvvəllər cümə günü azanın səsucaldanlar vasitəsilə verilməsi üçün icazə almaq lazım idisə, artıq şəhərdə bunun üçün xüsusi icazə almaq lazım olmayacaq.

Səsucaldanlarla namaza çağırışın yerli vaxtla 12:30-dan 13:30-dək, həmçinin müqəddəs Ramazan ayı hər iftar zamanı verilməsinə icazə verilib.

Qeyd edək ki, ABŞ-da ən çox müsəlman Nyu-Yorkda yaşayır.

Teqlər: abş ، ramazan ayı ، amerika
captcha