IQNA

Mərakeş zəlzələsində qədim məscid dağılıb

17:15 - September 14, 2023
Xəbər sayı: 3494739
RABAT (IQNA) – Bu yaxınlarda Mərakeşdə baş verən güclü zəlzələdə qədim tarixə malik Tinmel məscidinə ciddi ziyan dəyib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, dağlıq bölgədə yerləşdiyi üçün zəlzələdə ən çox zərər çəkən Tinmel məscidi olub. Mərakeşdə 9 əsrdir qorunan, lakin cümə günü baş verən zəlzələyə dözməyən məscid və hissələri ciddi şəkildə zədələnib.

Aqmat və Tinmel arxeoloji ərazilərinin qubernatoru Nadia Əl-Burqadi Əl-Cəzirə Net-ə verdiyi müsahibədə deyib: "Zəlzələ Tinmel məscidinin bəzi hissələrinə çoxlu ziyan vurub və bundan sonra diqqətlə qiymətləndiriləcək. Hal-hazırda yolun çətinliyindən daxil olmaq asan deyil".

Bu mədəni irs eksperti əlavə edir: "Tələt Niyaqubun dağlıq məhəlləsində yerləşən Tinmel məscidi qədim əsərlər və sivilizasiya tədqiqatçılarının və mədəni yerlərlə maraqlanan turistlərin ziyarət etdiyi xüsusi arxitekturaya malik unikal irsdir".

1148-ci ildə Əbdül-Mömin ibn Əlinin dövründə tikilmiş bu məscid mənəvi və mədəni cəhəti ilə məşhurdur. Çünki o, Ali Müvəhhidin ruhani lideri Mehdi ibn Tumertin xatirəsinə tikilmişdir.

4168578

captcha