Quran bu həqiqəti dəfələrlə qeyd edir:
“(Ya Rəsulum!) Biz səni (təkcə öz qövmünə deyil) bütün insanlara müjdə verən, qorxudan bir peyğəmbər olaraq göndərdik” (Səba, 28).
“(Ya Rəsulum!) De: “Ey insanlar! Mən Allahın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm” (Əraf, 158).
Peyğəmbərin (s) özü də belə buyurmuşdur: "Mən hamının peyğəmbəriyəm. İstər mənim zamanımda yaşasınlar, istərsə də məndən sonra doğulsunlar".
Bundan əlavə, Peyğəmbərin bütün dünyaya və ölkə başçılarına göndərdiyi məktublar onun missiyasının universallığına daha bir sübutdur.
Bir səhər Peyğəmbər (s) səhabələrini yanına çağırdı və onlara dedi: “Qalxın, elçi olun və tövhid xəbərini dünyanın qulağına çatdırın...”. Sonra. mesajı çatdırmaq üçün altı nəfəri İrana, Romaya, Həbəşistana, Misirə, Yəmamə, Bəhreyn və İordaniyaya göndərdi.