IQNA

Kanadada avtomobilində Fələstin bayrağı daşıyan qadına hücum edilib

15:38 - October 13, 2023
Xəbər sayı: 3494861
OTTAVA (İQNA) - Kanadanın Monreal şəhərində avtomobilində Fələstin bayrağı daşıyan qadın başqa bir qadın sürücü tərəfindən sözlü və fiziki hücuma məruz qalıb.

Kanadada avtomobilində Fələstin bayrağı daşıyan qadın sözlü və fiziki hücuma məruz qalıb.

İmane Nacar deyib ki,  avtomobilimdə Fələstin bayrağı olduğu üçün yolda hücuma məruz qaldım. Başqa bir avtomobildə olan aqressiv bir xanım məni şiddətlə təhqir etdi. Digər şeylərlə yanaşı, qışqıraraq uşaqlarımın gözü qarşısında dedi ki, zorlanmağa və küçəyə sürülməyə layiqəm. “Onu videoya çəkdiyimi çox yaxşı bilirdi. Özünü açıq şəkildə və qürurla təqdim etdi.

Təcavüzkarın daha sonra öz avtomobilini iki dəfə vuraraq qaçdığını bildirən Nacar, məruz qaldığı nifrət cinayəti, təhdid və vandalizmlə bağlı polisə şikayət etdiyini bildirib.

Nacar, "Mən də bu hadisəni medianın diqqətinə çatdırmaq istəyirəm, çünki başqa cür olsaydı, açıq şəkildə pislənərdi. Məncə, burada nifrət cinayətlərinin olması ilə bağlı cəmiyyətdə maarifləndirmə işinin aparılması vacibdir".

Kanadada hər bir vətəndaşın dinc yolla öz fikrini ifadə etmək və ya bir məqsəd və ya bir xalqa dəstəyini ifadə etmək imkanı və hüququna malik olduğunu vurğulayan Nacar sosial media hesabında bildirib: "Bu cür zorakı hərəkətlər və sözlər qəbuledilməzdir, göz ardı edilə bilməz və edilməməlidir. Mən Sizi videomu paylaşmağa dəvət edirəm".

captcha