IQNA

Şeyx Nəim Qasim: "Hizbullah Qəzzəni müdafiə etmək üçün hər şeyə hazırdır"

10:57 - October 26, 2023
Xəbər sayı: 3494916
BEYRUT (İQNA) – Livan Hizbullahının baş katibinin müavini vurğulayıb ki, Hizbullah Qəzza zolağında işğalçılarla toqquşmalarda istənilən addıma cavab verməyə hazırdır.

"İQNA", "Əd-Diyara"-a istinadən xəbər verir ki, Şeyx Nəim Qasim bildirib: "Hizbullah regional müqavimət kampaniyasının mərkəzindədir. Həmçinin Hizbullah Qəzzanı müdafiə etmək və Fələstini işğal edənlərə qarşı mübarizə aparmaq üçün hər zaman "barmağını tətikdə" saxlayır".

Sionist rejimin Qəzzanı işğal etməsinin müharibə olmadığını, dinc əhalinin, uşaq və qadınların öldürülməsi, evlərin dağıdılması olduğunu bildirən Şeyx Qasim bu vəhşiliklərə görə ABŞ və Avropanın məsuliyyət daşımalı olduğunu bildirib.

Şeyx Qasim bəyan edib ki, Əqsa tufanı əməliyyatı işğalçı sionist rejimə "unudulmaz məğlubiyyət" yaşadıb.

7 oktyabr 2023-cü ildə Fələstin müqavimət qüvvələri Qəzzadan (Fələstinin cənubundan) Təl-Əviv mövqelərinə qarşı "Əqsa tufanı" adlı qəfil əməliyyata başladı. Sionist rejim qisas almaq, uğursuzluğunu kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağında bütün keçidləri bağlayaraq şəhəri bombalayır.

Qərb özünümüdafiə bəhanəsi ilə İsrailə dəstək verməklə sionist rejimə fələstinli uşaq və qadınları vəhşicəsinə qətlə yetirməkdə davam etmək üçün yaşıl işıq yandırır.

4177611

captcha