IQNA

Günahları tanımaq / 4

Qurani-Kərimdə günahı təsvir edən kəlmələr

12:55 - October 31, 2023
Xəbər sayı: 3494940
TEHRAN (İQNA) – Qurani-Kərim və Məhəmməd peyğəmbər (s) müxtəlif sözlərlə günahdan bəhs edir. Bunların hər biri günahın bəzi pis təsirlərini və onun müxtəlifliyini ifadə edir.

Quranda günah üçün istifadə edilən sözlər bunlardır: 1- Zənb, 2- Məsiyət, 3- İsm, 4- Səyyiə, 5- Curm, 6- Haram, 7- Xətiə, 8- Fisq, 9- Fəsad, 10- Fucur, 11- Münkər, 12- Fəhşa, 13- Xubs, 14- Şər, 15- Ləməm, 16- Vizr ve Seql, 17- Hins

 

Bu sözlərin 10-unu daha əvvəl izah etdik. İndi digər 7 sözü izah edirik:

11_ Münkər: İnkar edilmiş, qəbul edilməmiş deməkdir. Günah fitrət və ağılla uyğun gəlmir, onu yad və çirkin hesab edir. Münkər sözü Qurani-Kərimdə 16 dəfə və daha çox Nəhy ənil Munkər (pislikdən çəkindirmək) ifadəsi ilə işlənmişdir.

12_ Fəhşa: Şübhəsiz çirkin olan söz və hərəkətlərə aiddir. Məsələn, həddi aşmaq, xəsislik, böyük günah, zina və homoseksuallıq. Bu söz çox çirkin və mənfur əməllər mənasında işlənmişdir. Quranda 24 dəfə xatırlanır.

13_ Xubs: “xəbasət” kökündən gələn xubs sözü çirkin və bəyənilməyən hər şeyə deyilir. Pak və bəyənilən mənasını verən "təyyib" sözünün əksidir. Bu söz Quranda 16 dəfə zikr edilmişdir.

14_ Şər: İnsanların sevdiyi mənasını verən xeyir sözünün əksinə olaraq, sevilməyən hər cür pislik və çirkinlikdir. Bu söz ümumiyyətlə bəla və müsibətlər üçün işlədilir. Bəzən Zilzal surəsinin 8-ci ayəsində olduğu kimi günah mənasında işlənir: "Hər kim zərrə qədər şər etsə, onu (cəzasını) görəcəkdir".

15_ Ləməm: Günaha yaxınlaşmaq və az şeylər deməkdir. Kiçik günahlar üçün istifadə olunur. Quranda bir dəfə qeyd olunub.

16_ Vizr: Ağırlıq mənasındadır və başqalarının günahlarını daşımaq üçün istifadə olunur. Vəzir hökumətin ağır işini öz üzərinə götürən şəxsdir. Quranda 26 dəfə xatırlanır.

Bəzən günahların ağırlığını ifadə etmək üçün seql sözü işlədilir. Necə ki, “Ənkəbut” surəsinin 13-cü ayəsində gəlib: “...Onlar, şübhəsiz ki, günah yükləri ilə yanaşı, başqa günahları da daşıyacaqlar;...”

17_ Hins: Yalana meyl etmək, əhd və vədlərə əməl etməmək deməkdir. Qurani-Kərimdə bu söz iki dəfə zikr edilmişdir.

Bu on yeddi kəlmənin hər biri günahın bəzi pis təsirlərinə işarə edir və insanları günah etməməyə və günahdan çəkinmək barədə xəbərdar edir.

 

 

captcha