IQNA

Dini müqəddəslərə təhqir azadlığı qadağandır

10:26 - October 14, 2025
Xəbər sayı: 3499030
İQNA - Əhməd ət-Tayyib – Əl-Əzhərin baş imamı, Misirdə İsveçin yeni səfiri ilə görüşündə dini müqəddəslərə hörmət göstərməyin və bu müqəddəslərə təhqirdən çəkinməyin vacibliyini vurğulayıb.

“Əl-Yəvmus-Sabiə” xəbər verir ki, Əhməd ət-Tayyib, Qahirədə İsveçin yeni səfiri Daq Bulin Danflitlə görüşdə bildirib: “Son illərdə İsveç və bəzi digər ölkələrdə baş verən Qurani-Kərimin yandırılması kimi cinayətlər, Qurani-Kərimin müsəlmanlar üçün müqəddəs olmasına görə, bütün dünyada iki milyard müsəlmanın hisslərini təhqir edib”.

O, bu kimi cinayətlərin təkrarlanmasının qarşısını almaq üçün ciddi tədbirlərin görülməsinin vacibliyini qeyd edib və belə əməllərin “ifadə azadlığı” adı altında əsaslandırıla bilməyəcəyini vurğulayıb.

Əl-Əzhərin şeyxi açıq şəkildə bildirib ki, dini müqəddəslərə təhqir etmək üçün heç bir azadlıq mövcud deyil.

O, narazılığını ifadə edərək belə bir sual verib: “İfadə azadlığı ilə dinlərə və müqəddəs kitablara təhqir arasında nə əlaqə var?” və əlavə edib ki, bu cür hərəkətlərin davamı bəşəri dəyərləri təhlükə altına salır və cəmiyyətlərdə nifrəti yayır.

Əhməd ət-Tayyib vurğulayıb ki, dövlətlər bu cür pozuntuların qarşısını almalı və qarşısını almaq üçün qanunlar qəbul etməlidirlər, çünki bu, yerinə yetirilməli olan böyük bir məsuliyyətdir.

Öz növbəsində İsveç səfiri, Əl-Əzhər şeyxinin dözümlülük və birgəyaşayış dəyərlərini təşviq etməyə yönəlmiş səylərinə görə təşəkkür edib və İsveç xalqının bütün dinlərə hörmətlə yanaşdığını, hər cür islam əleyhinə hərəkəti rədd etdiyini bildirib.

O, həmçinin vurğulayıb ki, müsəlmanlar İsveç əhalisinin təxminən 10 faizini təşkil edir və İsveç cəmiyyətinin ayrılmaz bir hissəsidir.

Səfir ümid edib ki, gələcəkdə bu kimi hadisələr təkrarlanmayacaq.

4310564

captcha