IQNA

Fələstini dəstəkləyən azarkeş qrupu "Seltik" oyununda tribunalara buraxılmayıb

7:58 - November 05, 2023
Xəbər sayı: 3494957
EDİNBURQ (İQNA) - Şotlandiya təmsilçisi "Seltik" klubu Fələstinə dəstək verən "Yaşıl Briqada" qrupunun azarkeşlərini "Sent Mirren"lə liqa oyununda stadiona buraxmayıb.

İngilis mətbuatında yer alan xəbərlərə görə, Yaşıl Briqada azarkeş qrupu, Celtic idarə heyətinin tribuna qadağası səbəbiylə klubu utandırdığını bildirdi.

Qərardan sonra Celtic Parkda oynanılan St Mirren oyununda Yaşıl Briqadanın olduğu tribunalarda yüzlərlə yer boş qalıb.

Boş oturacaqların olduğu tribunalarda Fələstin bayrağının asıldığı görülüb. Dünən axşam oynanan liqa oyununda tribunalarda olan bəzi Celtic tərəfdarları Fələstinə dəstəyini davam etdirdi.

“Seltik” klubu Fələstinə dəstək verən “Yaşıl Briqada” qrupunun azarkeşlərinin ev oyununa gəlməsini qadağan etmişdi. Bu qərarın UEFA Çempionlar Liqasının “Atletiko Madrid”lə oyununda azarkeşlərin tribunalarda Fələstin bayraqlarını açmasından sonra verildiyi vurğulanıb.

AA

captcha