Hədisin əvvəlində Əs-Səmaə ibn Mehran deyir: İmam Sadiqin (ə) hüzurunda bir qrup adam var idi, ağıl və cəhalət haqqında söhbət gedirdi. İmam Sadiq (ə) buyurur: "Ağıl və onun ordusunu, eləcə də cahiliyyəti və ordusunu tanıyın ki, hidayət tapasınız".
Səmaə deyir: "İmam Sadiq (ə) əvvəlcə ağıl və cəhaləti tərif etdi, sonra ağıl ordusunun 75 sifətini və cəhalət ordusunun 75 sifətini saydı. (qısalıq üçün onları xatırlatmaqdan çəkindi) və sonda buyurdu: Peyğəmbərlər, onların vəliləri və hər bir həqiqi mömin ağıl ordusu ilə təchiz edilmişdir".
* Bu hədis “Kafi” kitabının birinci cildində tam şəkildə izah edilmişdir.