IQNA

Fransa müsəlmanları qərəzli sorğuları tənqid edirlər

17:43 - December 23, 2023
Xəbər sayı: 3495160
İQNA – Fransa Dini İşlər Şurası bu ölkədəki qərəzli sorğuları və müsəlmanlara qarşı ittihamları tənqid edib və pisləyib.

"İQNA", "Səvtul-Məğrib" saytına istinadən xəbər verir ki, Fransa Dini İşlər Şurası həm forma, həm də məzmun baxımından şübhəli sorğularda yer alan ölkədə müsəlmanlara qarşı ittihamları pisləyib.

Sözügedən şura bu sorğuların mövcud vəziyyəti obyektiv əks etdirməkdən uzaq olduğunu və reallıqdan uzaq müzakirələr yaratdığını və alovlandırdığını bildirib.

Bundan əlavə, bəyanatda sorğularda verilən sualların “qərəzli” və “məqsədli” olduğu və sorğuda iştirak edən insanların cavablarının onların öz fikirlərindən, hətta Fransadakı bütün müsəlmanların fikirlərindən kənara çıxa biləcəyi qeyd edilir.

Bəyanatda Qəzzada kilsə və xəstəxanaları hədəf alan bombardmanlarda aralarında qadın və uşaqların da olduğu yüzlərlə xristianın ölməsinə baxmayaraq, xristian vətəndaşların niyə belə bir araşdırmaya məruz qalmadığı maraqla qarşılanıb.

  Nəhayət, Fransa müsəlmanları öz dini ayinlərinin fərdi azadlıqlarının bir hissəsi kimi qəbul edilməsini istəyirlər.

Onlar həmçinin dini ayinlərin daimi ictimai müzakirə mənbəyi olmasının və daim özünü etiketləmə, manipulyasiya və qərəzli sorğulara məruz qalmasının əleyhinədirlər.

   4189292

captcha