IQNA

Əbu Ubeydə: “Biz İsrailə əsrin zərbəsini vurduq”

8:40 - December 30, 2023
Xəbər sayı: 3495201
İQNA - Əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde, İsrailə əsrin zərbəsini vurduqlarını və müharibə tamamilə dayanana qədər heç bir razılaşmanın olmayacağını bildirib.

HƏMAS-ın Hərbi Qolu Əl-Qəssam Briqadalarının hərbi sözçüsü Əbu Ubeydə təsdiqləyib ki, hərəkat İsrailin Fələstin xalqına qarşı davam edən hücumları qarşısında İsraillə əsir mübadiləsi razılaşması etməyəcək.

Əbu Ubeydə, "Bizim prioritetimiz xalqımıza edilən hücumu dayandırmaqdır və bundan başqa prioritetimiz yoxdur. Xalqımıza qarşı təcavüz tamamilə dayanana qədər qəbul edə biləcəyimiz heç bir mübadilə razılaşması yoxdur" dedi.

Əbu Ubeydə açıqlamasında İsrailin qurudan hücumunun başlanğıcından bu yana Qəssamın hədəf aldığı hərbi avtomobillərin ümumi sayının 825-dən çox olduğunu vurğulayıb.

Əbu Ubeydə çıxışını bu sözlərlə tamamladı:

“Biz sionist rejimə əsrin zərbəsini vurduq. Dünyaya dedik ki, biz hüquq və azadlıq istəyən xalqıq”.

 

captcha