IQNA

Mədinədə zəvvarlara xidmət etmək üçün sürətli avtobus xətti layihəsi

18:46 - January 13, 2024
Xəbər sayı: 3495288
İQNA - Mədinə İnfrastruktur İnkişafı İdarəsi zəvvarların və ibadət edənlərin daşınmasını asanlaşdırmaq üçün bu şəhərdə sürətli avtobus layihəsinin həyata keçiriləcəyini açıqlayıb.

"İQNA", Mədinə İnfrastrukturunun İnkişafı İdarəsinə istinadən xəbər verir ki, bu sürətli avtobusların marşrutu Məscidün-Nəbəvini Mədinənin əsas yolları ilə birləşdirəcək.

Zəvvarlara xidmət çərçivəsində özəl sektorun əməkdaşlığı ilə həyata keçirilən layihənin məqsədi Mədinədə zəvvarların və ibadət edənlərin gediş-gəlişini asanlaşdırmaqdır.

Müəyyən edilmiş avtobus marşrutlarının bu ilin birinci rübündə başa çatdırılması nəzərdə tutulur. Layihənin təşkilatçıları layihənin həyata keçirilməsində beynəlxalq standartlara cavab verən qabaqcıl sistemlərdən istifadə olunduğunu vurğulayıblar.

Bu layihə yüksək tutumlu və ekoloji cəhətdən təmiz avtobuslara, xüsusi marşrutlara, müasir və inteqrasiya olunmuş stansiyalara əsaslanır. O, Mədinənin əsas ərazilərini, o cümlədən ziyarət yerlərini, dini və turistik yerləri birləşdirəcək.

Bu layihəyə ümumi uzunluğu 52 km olan iki əsas marşrut və saatda 1800 sərnişin tutumlu 33 stansiya daxildir.

Şəhər rəsmiləri bu layihənin Mədinənin coğrafi vəziyyətinə uyğun olaraq ictimai nəqliyyat xidmətlərini yaxşılaşdıracağına ümid edirlər.

4193475

captcha