IQNA

Tayland Bankının Həcc və Ümrəyə getmək istəyənlər üçün təşəbbüsü

7:43 - February 01, 2024
Xəbər sayı: 3495400
İQNA - Tayland İslam Bankı pulsuz Həcc və Ümrə mükafatları olan xüsusi bank hesabı açıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tayland İslam Bankı öz bəyanatında bildirib ki, Həcc və Ümrə səfərlərini ödəmək üçün maddi imkanı olmayan insanlar bu bankda xüsusi Həcc hesabı açaraq pulsuz səyahət etmək şansı əldə edə bilərlər.

Bu layihəyə əsasən, Tayland İslam Bankı Tayland Milli Aviaşirkəti ilə birlikdə hesabların çəkilişi üçün 20 Ümrə və 25 Həcc mükafatını nəzərə alıb.

Uduşda iştirak etmək istəyənlər qeyd olunan bankda hesab açmalı və üç ay ərzində hər ay 2 min şans yığmalıdırlar. Hesabdan ayrılmadıqları hər üç həftədə onlar üçün bir bal qeyd olunacaq.

4197044

captcha