IQNA

Cənnət Quranda / 5

İnsanın Qiyamət günü əməllərinin təcəssümü

20:20 - February 03, 2024
Xəbər sayı: 3495410
İQNA – Bəzi ayə və rəvayətlərdə cənnət və cəhənnəmin əslində əməllərin təcəssüm olunacağı yer olduğu bildirilir. Yəni cəhənnəm əzabı yalnız insanın pis əməllərinin, cənnət nemətləri isə yalnız insanın etdiyi yaxşılıqların nəticəsidir.

Quran Qiyamət günü barədə buyurur: “Bu gün heç kəsə ən kiçik bir zülm belə edilməz. Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız” (Yasin, 54). Bu ayə açıq şəkildə bildirir ki, hər bir əməlin mükafatı əməlin özüdür, yəni əməlin əslində ləyaqətinə görə mükafatı vardır”.

Başqa bir ayədə insanın Qiyamət günü əməllərinin təcəssümündən bəhs edilir: “O gün (qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək və günahları ilə özü arasında çox uzaq məsafə olmasını arzulayacaqdır. Allah sizi Öz əzabından çəkindirir, çünki Allah bəndələrə (Öz bəndələrinə) mərhəmətlidir!” (Ali-İmran, 30). Bu ayə hər bir insanın Qiyamət günü etdiyi yaxşı və pis əməllərin ilahi üzünü görəcəyinə və təcəssüm etdiyi əməllərlə məsafənin böyük olmasını arzulayacağına işarə edir.

İnsanın qiyamət və cənnətdəki aramlığı da eynidir. Qurani-Kərim buyurur: “İman gətirib imanlarını zülmlə ləkələməyənlər üçün əmin-amanlıq vardır və onlar doğru yoldadırlar” (Ənam, 82). Yəni, Allaha iman və xatircəmlik sayəsində dünyada rahatlıq tapan, ümidsizlik və ya əxlaqi qayğıların hərarətindən xilas olan mömin insan axirətdə ilahi əmin-amanlıq məqamındadır. Buna görə də möminin ruhunun səltənəti cənnət formasında zühur edir. Əlbəttə ki, istər cənnəti əməllərin təcəssümü və möminin nəfsinin həqiqətinin təcəllisi hesab edək, istərsə də əməlin cəzası hesab edək, nəticə eynidir.

“Qaf” surəsinin 31-ci ayəsi: “Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir”. Cəhənnəm haqqında belə deyilir: “ O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb-yaxar” (Huməzə, 6-7). Yəni, alovlanan və (yandıqca) qəlblərin lap zirvəsinə qalxan Allahın atəşidir.

captcha