IQNA

Hər həftə Məscidün-Nəbini 6 milyon insan ziyarət edir

11:25 - February 28, 2024
Xəbər sayı: 3495535
İQNA- Məscidül-Həram və Məscidün-Nəbi İşləri Baş İdarəsinin dediyinə görə, keçən həftə Məscidün-Nəbi 6 milyondan çox ziyarətçi qəbul edib.

"İQNA", Səudiyyə Ərəbistanının “Əl Vətən” qəzetininə istinadən xəbər verir ki, Məscidül-Həram və Məscidün-Nəbi İşləri Ümumi Müdirliyinin planı ilə keçən həftə 6 milyon 247 min insan MəscidüniNəbidə namaz qılıb və Rəvzətul-Mütəhhərəni ziyarət edib.

Vurğulanıb ki, Məscidül-Həram və Məscidün-Nəbi İşləri Baş İdarəsi bütün işçiləri vasitəsilə ibadət edənlərin dini fəaliyyətlərini təşkil etmək və asanlaşdırmaq üçün xidmət göstərir.

Proqramların Ramazan ayına uyğun hazırlanacağı və Məscidün-Nəbidə xüsusi obyektlərin ibadət edənlərin xidmətində olacağı da bildirilib.

Bu il 3 milyondan çox zəvvarın Məscidün-Nəbini ziyarət edəcəyi gözlənilir. Məscidün-Nəbi işçiləri Ramazan ayında zəvvarların sıxlığına qarşı bütün hazırlıqlarını tamamlayıb.

Xəbərə görə, Məscidün-Nəbi Ümumi Müdirliyi bu il Ramazan ayında zəvvarlara xidmət etmək üçün min nəfər təyin edib.

4202074

captcha