IQNA

Quranda ata-anaya yaxşılıq etməyin məqamı / 1

valideynlərə yaxşılıq etmək: Quranda ilahi peyğəmbərlərin vəsfi

17:09 - March 10, 2024
Xəbər sayı: 3495601
İQNA - Qurani-Kərimdə ata-anaya diqqət və ehtiramın vacibliyi ilahi tapşırıq və peyğəmbərlərin vəsfi şəklində dəfələrlə qeyd edilmişdir ki, bu da onların Allah yanında yüksək məqamını göstərir.

Allah dörd ayədə ata-anaya yaxşılıq etməyi ilahi bir tapşırıq olaraq qeyd edir. Onlardan “Ənkəbut” surəsində belə buyurur: “Biz insana ata-anaya yaxşılıq etməyi tapşırdıq” (Ənkəbut, 8). Həmçinin ata-anaya qarşı yaxşılıq etmək Quranda da peyğəmbərlərin xüsusiyyətlərindən biri kimi qeyd edilmişdir. Necə ki, İsa (ə) barəsində, “birrən bi validəti” (Məryəm, 39), və Yəhya (ə) "birrən bivalidəyhi" (Məryəm, 14) təbiri gəlib. Üç yerdə ilahi peyğəmbərlərin dilindən ata-anaya yaxşılıq etməyi nəql edir. O cümlədən, İbrahim peyğəmbər (ə) belə buyurur: “Ey Rəbbimiz məni, ata-anamı və möminləri haqq-hesab günü bağışla!” (İbrahim, 41).

Həmçinin dörd ayədə Allaha ibadət əmrindən sonra ata-anaya yaxşılıq etmək zikr olunur: “Allahdan başqasına ibadət etməyin və ata-anaya yaxşılıq edin” (Bəqərə, 83). Yəni Allaha bəndəlik etmək və Uca Allaha yaxınlaşmaq istəyirsənsə, Allaha bəndəlikdə ilk əməl ata-anaya yaxşılıq etməkdir. Necə ki, Əmiri-möminin (ə) buyurmuşdur: "Allahın insan üçün təyin etdiyi ən böyük və ən mühüm vəzifə ata-anaya yaxşılıq etməkdir".

Həzrət Peyğəmbər (s) də bir rəvayətdə buyurur: “Ata-anasını razı salan Allahı razı salmış, ata-anasını qəzəbləndirən isə Allahı qəzəbləndirmiş olar”. Bu o deməkdir ki, valideynlərin razılığı birbaşa Allahın razılığına səbəb olur. Məsələ burasındadır ki, valideynlərin övladları üzərində olan hüquqları onların övladları tərəfindən həyata keçirilə bilməz. Çünki valideynlərin hüquqları uşaqların yerinə yetirə biləcəyindən qat-qat artıqdır. Bu səbəbdən bizdə çoxlu hədislər var ki, ata-ananın haqqını yerinə yetirə bilmədiyin üçün ata-anaya yaxşılıq et.

captcha