IQNA

Tailandın Baş naziri Quran Muzeyini ziyarət edib

11:05 - March 17, 2024
Xəbər sayı: 3495645
İQNA – Tailandın baş naziri Taylandın cənubundakı ən mühüm fəal İslam mərkəzlərindən biri olan İslam Əsərlərinin Mühafizəsi Mərkəzi və Quran Muzeyini ziyarət edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Taylandın baş naziri xüsusi heyətlə İslam İncəsənəti Muzeyini və Quranın qədim nüsxələrinin qorunduğu mərkəzi ziyarət edib. Bu mərkəz Cənubi Taylandın ən fəal İslam mərkəzlərindən biridir.

Bu mərkəz Taylandın cənub hissəsi müsəlmanlaşdığı üçün bu bölgədə İslam mədəniyyəti və incəsənət əsərlərinin, eləcə də Quranın qədim əlyazmalarının qorunub saxlanması zərurətindən yaranıb.

İslam və Quran elmlərinin də tədris olunduğu bu mərkəz Taylandın Mədəniyyət Nazirliyi və Cənub Əyalətlərini İdarəetmə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Bu mərkəzdə yaşı 100 ildən 800 ilə qədər olan 70 qədim Quran qorunur. Layihə başa çatdıqdan sonra ictimaiyyət bu mərkəzə baş çəkə və təlimlərdə iştirak edə biləcək.

4205842

captcha