IQNA

HƏMAS atəşkəs təklifini qəbul edib

12:17 - May 07, 2024
Xəbər sayı: 3495906
İQNA – HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Qəzza zolağında atəşkəs razılaşması ilə bağlı Qətər və Misirin təkliflərini qəbul etdiyini açıqlayıb.

HƏMAS İsraillə Qətər və Misir vasitəçilərinin təşəbbüsü ilə davam edən atəşkəs danışıqlarının müsbət nəticə verdiyini açıqlayıb.

 Reuters” və “Əl-Cəzirə”nin xəbərlərinə görə, Həmas Qəzza zolağında davam edən münaqişələrə son qoymaq üçün Misir və Qətərin təklif etdiyi atəşkəs təklifini qəbul edib. HƏMAS lideri İsmayıl Haniyənin açıqlamalarına görə, təklif edilən sülh planı HƏMAS Hərəkatı tərəfindən bəyənilib.

HƏMAS-ın internet saytında verilən yazılı açıqlamaya görə, Haniyə Misir Kəşfiyyat direktoru Abbas Kamil və Qətər Baş naziri Şeyx Məhəmməd ibn Əbdürrəhman Əl-Sani ilə telefon danışığı apararaq atəşkəs təkliflərini qəbul etdiklərini çatdırıb.

HƏMAS rəsmisinin açıqlamasına görə, atəşkəs təklifi qəbul edildikdən sonra prosesin irəliləməsi üçün bütün gözlər İsrailin cavabına çevrilib. Həmas rəsmisi İsrailin atacağı addımların əhəmiyyətini vurğulayaraq, "Top indi İsrailin meydanındadır" dedi.

HƏMAS və vasitəçi ölkələr Qətər və Misirin təklif etdiyi atəşkəs təklifinin məzmunu ilə bağlı hələlik ətraflı məlumat verilməyib.

Mənbə: Divar Qəzeti

captcha