IQNA

Misir xristianlarının Şeyx Rəfətin Quran tilavətinə marağı

6:59 - May 15, 2024
Xəbər sayı: 3495949
İQNA – Şeyx Məhəmməd Rəfət həyatı boyu bir çox qibti keşiş və rahibinin dostu olub və bir çox Misir xristian sənətçiləri də onun qiraətlərinə maraq göstərdiklərini bildiriblər.

"İQNA", "Əl-Yəvm Əs-Səbə" saytına istinadən xəbər verir ki, İslam dünyasının Quran qarilərinin dahilərindən olan Şeyx Məhəmməd Rəfətin vəfatının ildönümü ilə eyni vaxtda misirli qibti xristianların Quran radiosunda bu qarinin Quran qiraətinin dayandırılmasına etirazlarını xatırladıb.

Bu ölkədə radioda Şeyx Məhəmməd Rəfətin Quran tilavətinin dayandırılmasına qarşı Misir Kopt Kilsəsinin və ölkə xristianlarının etirazları ən məşhur hekayələrdən sayılır.

Bu, Şeyx Rəfətin müxtəlif dinlərin ardıcılları arasında necə sevimli olduğunu və Quranın geniş şöhrət qazandığını göstərir.

Bu xatirəni ilk dəfə Misirdə məşhur misirli jurnalist və “Sabahəl-Xeyr” jurnalının keçmiş redaktoru Lui Qreys xatırladıb.

Lui Qreys 1939-cu ildə Şeyx Məhəmməd Rəfətin hakimiyyət orqanları ilə inzibati ixtilaflara görə Misir Quran Radiosunda qiraətini dayandırdığını, lakin Misir Radiosunun ilk proqramını onun Quran tilavəti ilə yayımlamağa başladığını bildirib.

Misir Radiosunda Şeyx Məhəmməd Rəfətin qiraəti dayandırıldıqdan sonra qibti xristianlar arasında bu qərara etiraz dalğası başlayıb, Misir Kopt Kilsəsi də bu hərəkətə etiraz edib.

Qreysin sözlərinə görə, Misir xristianları Şeyx Məhəmməd Rəfətin “Məryəm” surəsini oxumasına böyük maraq göstərirdilər. Şeyxin ürəkdən oxuması bütün dinlərdən olan misirlilərin qəlblərini bir-birinə daha da yaxınlaşdırdı.

Segah məqamında azan oxuyan ilk şəxs Şeyx Məhəmməd Rəfət olmuşdur. Bundan əvvəl Hicaz məqamında həmişə azan oxunurdu.

4215123

captcha