IQNA

ABŞ-da universitet müəllimlərindən Fələstinə dəstək: "Onlar aclıq aksiyasına qoşulublar"

7:01 - May 15, 2024
Xəbər sayı: 3495950
İQNA - Tələbələrin başlatdığı aclıq aksiyasında akademiklər öz yerini tutub. Onlar universitetdən İsraillə əlaqələri kəsməyi istəyiblər.

ABŞ-da Prinston Universitetinin tələbələri Fələstinə dəstək məqsədilə aclıq aksiyasına başlayıblar.

Mayın 3-də başlayan və 8 gün davam edən aksiyada fakültənin ustad-müəllim heyəti də iştirak edib.

Sözügedən akademiklərin verdiyi açıqlamada aksiyaya “bir günlük həmrəylik orucu” ilə qatıldıqları bildirilib.

Onlar universitet rəhbərliyindən tələbə və fakültə nümayəndələri ilə danışıqların təşkilini tələb ediblər.

Bəyanatda universitet rəhbərliyinə İsrail fələstinlilərə qarşı “soyqırımı” və “Fələstin torpaqlarının işğalını” dayandırana qədər bu ölkə ilə əlaqələrini kəsməyə dəvət edilib.

Etiraz aksiyalarında iştiraka görə intizam cəzası almış tələbələr, ustad-müəllim heyəti, əməkdaşlar və ictimaiyyət nümayəndələrinin amnistiyaya cəlb edilməsi çağırışı edilib.

Açıqlamada universitetin Fələstinə ədaləti müdafiə edənlərə qarşı tətbiq etdiyi “qorxutma taktikası”nın Prinston Universitetində zülm mühiti yaratdığı vurğulanıb.

4215379

captcha