IQNA

Ayətullah Sistaninin İrana başsağlığı mesajı

10:51 - May 21, 2024
Xəbər sayı: 3495985
İQNA – İraqın böyük mərceyi-təqlidi Ayətullah Sistani helikopter qəzasında İran prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian və başqalarının şəhadəti ilə bağlı başsağlığı məktubu dərc edib.

"İQNA", Ayətullah Sistaninin ofisinin məlumat bazasına istinadən xəbər verir ki, Ayətullah Sistani helikopter qəzasında İran prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Əmir Abdullahian və başqalarının şəhadətinə görə İrana başsağlığı verib.

Ayətullah Sistaninin mesajında ​​deyilir: "İran prezidenti Seyid İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin vəfatı xəbərini böyük kədər hissi ilə aldıq. İran xalqına və hökumətinə, xüsusilə də həyatını itirənlərin ailələrinə başsağlığı və səbr diləyirəm".

Qeyd edək ki, mayın 19-da İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edən İran prezidentini daşıyan helikopter geri dönərkən qəzaya uğrayıb.

4217137

captcha