"İQNA", "Əl-Məyadin" saytına istinadən xəbər verir ki, sionist İsrail və ərəb mediasında dərc olunan fotoda kitabxanada yanan kitab rəfinin qarşısında dayanan, əlində silah və kitab olan bir işğalçı əsgər var.
Qeyd olunub ki, foto Qəzza zolağının ən böyük universitetlərindən biri olan Qəzza şəhərindəki Əl-Əqsa Universitetinin kitabxanasında çəkilib.
Sionist qüvvələr Qəzzəyə hücum zamanı Əl-Əzhər, Əl-İslamiyyə və Məscidül-Əqsa universitetlərini tamamilə dağıdıblar.
Sionist əsgərlər bundan əvvəl də Qəzza zolağında məscidlərə hücum edərək Quran nüsxələrini yandırmışdılar.
4218099