"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, ABŞ Konqresindəki Fələstin əsilli Nümayəndələr Demokrat Partiyasının üzvü Rəşidə Tlaib deyib: "Bayden qarşıdakı seçkilərdə İsrail baş nazirinə verdiyi dəstəyin bədəlini ödəyəcək. O, Netanyahunun ortağıdır".
Detroitdə keçirilən Fələstin Xalq Konfransında çıxış edən Tlaib, Qəzzada ölüm və dağıntı səhnələri deyil, tələbələrin İsrail əleyhinə nümayişlərinə qəzəbləndikləri üçün ABŞ prezidenti Co Bayden və millət vəkillərini tənqid edib.
Tlaib, İsrail və Fələstin tərəfdarı tələbələri şeytanlaşdırmağa çalışan Co Bayden administrasiyası və onların Konqresdəki həmkarlarının münasibətinin utancverici olduğunu bildirib.
Fələstin əsilli nümayəndə ABŞ prezidentinə bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsinin nüfuzuna zərbə vurmaq və hüquqi prosesə müdaxilə etmək yalnız Benyamin Netanyahunun və insanlığa qarşı cinayət törədən İsrailin yüksək rütbəli məmurlarının çılğınlığına qarşı hüquqi addımların qarşısını almaq üçündür.
Tlaib Baydenin İsrailə silah göndərməyə davam etməsini pisləyib və qeyd edib ki, İsrail məzlum Fələstin xalqına qarşı törədilən bütün cinayətlərdə ortaqdır.
Keçən ilin noyabrında Nümayəndələr Palatasının Respublikaçı üzvü Riç Makkormikin Tlaibin anti-İsrail ritorikasını pisləmək üçün təqdim etdiyi qanun layihəsi Nümayəndələr Palatasının Baş Assambleyasında səsə qoyulmuşdu. Layihə 188 əleyhinə 234 “hə” və 4 bitərəf olmaqla qəbul edilib.
Sözügedən qanun layihəsində Nümayəndələr Palatasının Fələstin əsilli yeganə üzvü olan Tlaib “7 oktyabrdan bəri yalan xəbərlər yaymaqda və İsraili məhv etməyə çağırmaqda” günahlandırılır.
4218730