IQNA

Livanlı analitik:

İbrahim Rəisi həmişə Fələstin məsələsini dəstəkləyib

19:11 - June 03, 2024
Xəbər sayı: 3496075
İQNA - Livanlı analitik Ayətullah Seyid İbrahim Rəisinin Qəzzaya və Fələstin məsələsinə dəstəyinin miqyasını açıqlayıb.

"İQNA", "Əl-Məyadin" saytına istinadən xəbər verir ki, livanlı analitik Hüseyn Əl-Bətaş məqaləsində şəhid prezident Rəisinin Qəzzaya və Fələstin davasına ən çox əhəmiyyət verən prezidentlərdən biri olduğunu bildirib.

O, həmçinin yazıb: " İbrahim Rəisi, Fələstin xalqının sionist düşmənə müqavimət haqqının müdafiəsi ilə bağlı açıq və birmənalı mövqeyini bəyan etməkdən heç vaxt çəkinməyib".

Əl-Bətaş bildirib ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahian da müxtəlif ölkələrə səfərləri və müqavimət oxlarının liderləri ilə görüşləri zamanı Fələstin məsələsini hərtərəfli müdafiə edib.

Livanlı analitik Ayətullah Rəisinin Ümumdünya Qüds Günü münasibətilə Qəzza zolağında keçirilən mərasimdə qonaq məruzəçi qismində videokonfrans vasitəsilə etdiyi çıxışı özünün önəmli mövqelərindən biri kimi qiymətləndirib.

Bundan əlavə, Əl-Bətaş, 14 aprel 2023-cü ildə Beynəlxalq Qüds Günü Fələstin Komitəsinin təşkil etdiyi və minlərlə fələstinlinin iştirakı ilə keçirilən bu mərasimin İsrail mediasında görünməmiş bir mərasim kimi qiymətləndirildiyini bildirib.

Livanlı analitik bildirib ki, Ayətullah Rəisi boynuna Fələstin şərifi taxaraq çıxışında İranın Fələstin xalqının müqavimətinə sonsuz dəstəyini vurğuladı və ilk dəfə olaraq bir ölkənin prezidentinin 2007-ci ildən bəri amansız mühasirədə olan Fələstin və Qəzza xalqına birbaşa müraciət etdiyini bildirib.

Mərhum prezidentin bütün iqtisadi və siyasi təxribatlara və sanksiyalara baxmayaraq müqaviməti açıq şəkildə dəstəkləməkdən çəkinmədiyini bildirən livanlı analitik Ayətullah Rəisinin Livandan Yəmənə və İraqa kimi müqavimət oxunun digər üzvlərinə verdiyi dəstəyin vurğuladı.

O əlavə edib ki, İbrahim Rəisi, həm İran, həm Fələstin və onların tərəfdarları üçün böyük itkidir.

Livanlı analitik sözünə belə davam etdi: "Eləcə də xarici işlər naziri Əmir Abdullahian Əqsa tufanı əməliyyatının başladığı andan şəhadət anına qədər diplomatiya sahəsində Fələstin xalqına və onun davasına kömək etmək və onların xeyrinə addımlar atmaq üçün daim çalışıb. O, həm də qonşu ölkələr, ərəb və islam ölkələri və region dövlətləri ilə əlaqələrin yaxşılaşdırılması üçün böyük səylər göstərmişdir."

İran prezidenti Ayətullah Rəisi, xarici işlər naziri Əmir Abdullahian və onu müşayiət edən nümayəndə heyəti mayın 19-da Qızqalesi bəndinin açılış mərasimindən Təbrizə qayıdarkən helikopterin qəzaya uğraması nəticəsində həyatını itirib.

İranın bir çox şəhərlərində şəhidlər üçün dəfn mərasimləri keçirilib və beş günlük ümumi matəm elan edilib.

4218371

captcha