IQNA

Səudiyyə Ərəbistanı Qəzza şəhidlərinin ailələrini qəbul edəcək

10:48 - June 14, 2024
Xəbər sayı: 3496141
İQNA - Səudiyyə Ərəbistanı sionist rejimin Qəzzəyə hücumu zamanı şəhid və yaralananların ailələrindən olan 1000 fələstinli zəvvarı qəbul edəcək.

"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, bu il sionist rejimin Qəzzəyə hücumları zamanı şəhid ailələri və yaralanan min nəfər də daxil olmaqla 2 min fələstinlinin həcc ziyarətini müstəsna şəkildə yerinə yetirməsi gözlənilir.
Bu aksiya Fələstinin Vəqflər və Dini İşlər Nazirliyinin müavini Hisam Abul Rab ilə Ərəb Ölkələrinin Həcc Təşkilatının İdarə Heyətinin sədri Məhəmməd Meacini arasında keçirilən görüşün nəticələrinə uyğun olaraq həyata keçirilir.
Bundan əvvəl Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləzizin Qəzzada şəhid olan və ya yaralanan min fələstinlinin ailə üzvlərinin Həcc ziyarətinə qəbul edilməsi əmri verdiyi açıqlanmışdı.
Səudiyyə Ərəbistanının dini işlər naziri Şeyx Əbdüllətif ibn Əbdüləziz Əl-Şeyx bildirib ki, bu hərəkət Krallığın Fələstin məsələsinə bütün səviyyələrdə sarsılmaz dəstəyini göstərir.
O, həmçinin bildirib ki, bu ev sahibliyi Fələstin xalqının Qəzzada çəkdiyi əziyyətləri azaldacaq.
2024-cü ilin Həcc mövsümü iyunun 14-ü cümə günü axşam başlayacaq və iyunun 19-u çərşənbə günü başa çatacaq.
 4221046

captcha