IQNA

Beytul-Həram zəvvarları üçün müshəf hədiyyə layihəsinə start verilir

7:15 - June 17, 2024
Xəbər sayı: 3496160
İQNA - Məscidül-Həram və Məscidün-Nəbi rəsmiləri bu il zəvvarlara müshəf hədiyyə etmək üçün ən böyük layihənin başlandığını bildiriblər.

"İQNA", "Əl-Səbk" saytına istinadən xəbər verir ki, "Zəvvarlara Hədiyyə" layihəsi çərçivəsində Qurani-Kərim, müxtəlif dillərdə dini kitablar və təfsirlər, müxtəlif dillərdə Quran tərcümələri, səccadələr, Quran lövhələri və elmi proqramlarla yanaşı, dini elmlərə aid müxtəlif kitablar da veriləcək.
Bu hədiyyələr zəvvarlara dəmiryol vağzallarında, hava limanlarında və böyük nəqliyyat mərkəzlərində veriləcək.
Məscidül-Həram və Məscidün-Nəbi rəhbərliyinin sözlərinə görə, bu layihə təfsir, tərcümə və dini kitablar vasitəsilə zəvvarların təcrübələrini zənginləşdirmək və Qurani-Kərimdəki İslam dininin mesajını dünyaya çatdırmaq məqsədi daşıyır.
O, həmçinin müsəlmanlara İslamın mesajını anlamağa və prinsipləri, əqidə və inanclarını düzgün tanımağa kömək edəcək.
Hədiyyə veriləcək Quranlar müxtəlif dillərə tərcümələri ilə birlikdə Kral Fəhd Quran çap kompleksində çap edilərək hazırlanmışdır.
4221443

captcha