Birləşmiş Millətlər Təşkilatının Ərzaq Hüququ üzrə Xüsusi Məruzəçisi Maykl Fəxri Qəzzada mövcud aclığı tarixin ən pis aclıqlarından biri kimi qiymətləndirib.
Michael Fəxri, "Oktyabr ayında İsrail Qəzzada aclıq kampaniyasına başladı və biz uşaqların ölümlərinin şahidi oluruq" dedi.
Müstəqil beynəlxalq ekspertlərin Qəzzada baş verənləri soyqırım kimi qiymətləndirdiyini bildirən BMT-nin xüsusi məruzəçisi, "Hazırda Qəzza üçün ehtiyacımız olan şey, humanitar təşkilatların fəaliyyət göstərməsinə icazə vermək üçün hökumətlərə təzyiq göstərməkdir" dedi.
Fəxri vurğulayıb ki, fələstinli uşaqların əzablarına son qoymaq üçün beynəlxalq ictimaiyyətin dəstəyinə ehtiyacı var.