IQNA

Məscidün-Nəbi kitabxanasını 150 mindən çox insan ziyarət edib

8:18 - June 18, 2024
Xəbər sayı: 3496168
İQNA - Hicri 1445-ci ilin əvvəlindən zəvvarlar, tələbələr və İslam elmləri üzrə tədqiqatçılar da daxil olmaqla 157 milyon 319 nəfər Məscidün-Nəbi kitabxanasını ziyarət edib.

"İQNA", Səudiyyə Ərəbistanı xəbər agentliyinə istinadən bildirir ki, bu kitabxana İslam elmləri üzrə tələbələr və tədqiqatçılar üçün ən mühüm istinad mərkəzlərindən biridir.
Müxtəlif elmlər üzrə 176 min 300 adda, xarici dillərdə isə 2 min 992 kitab olan kitabxana din və dini elmlər sahəsində çoxlu ziyarətçiləri qəbul edir.
Məscidün-Nəbi kitabxanası 1933-cü ildə Mədinə vəqf direktorunun təklifi ilə yaradılmış umumi kitabxanadır.
Rəvzai-Şərifdə kitabxananın yaranma tarixindən daha qədim olan bəzi kitablar da var.
Kitabxananın tarixi haqqında “Ərəb xəzinələri” kitabının müəllifi “Məscidün-Nəbi” kitabxanasının hicri 886-cı ilin 13 Ramazanında məscid yanğınından əvvəl yaradıldığını və bu kitablardan bəzilərinin bu yanğında yandığını bildirib.
Bu kitabxanada bəzi qiymətli və nadir əlyazmalar da saxlanılır.
4221237

captcha