"İQNA", "Ərəb21" saytına istinadən xəbər verir ki, ötən ay istefa verdiyini açıqlayan Şotlandiyanın Baş naziri Həmzə Yusif Qərbin demokratik bir ölkəsinin ilk müsəlman lideri olduğunu və islamofobiyanın onların siyasətini zəhərlədiyini vurğulayıb.
Xələfi seçilənə qədər vəzifəsində qalacağını bildirən Yusif, İngiltərənin “Guardian” qəzetində dərc olunan məqaləsində “Anti-müsəlman əhval-ruhiyyəsi indi o qədər geniş yayılıb ki, siyasətçilər bunu gizlətməkdən belə çəkinmirlər” deyib.
O, həmçinin 2024-cü ildə dünya əhalisinin təxminən yarısının seçkilərdə iştirak edəcəyini və bir çox ölkələrin seçkilərə getdiyini bildirib. Bundan əlavə, ən böyük uğurun bu seçkilərdə, xüsusən də Avropa ölkələrində əldə edildiyini və müsəlmanların saxta görüntülərini təqdim etməklə buna nail olduqlarını bildirib.
Həmzə Yusif bu sözləri söylədi: "Mən fəxrlə Qərb müsəlmanıyam. Mən Qərb demokratiyasında ilk müsəlman lider olmaq şərəfinə nail oldum. Ancaq müsəlman qardaşlarımı Avropanın bizimlə heç bir probleminin olmadığına inandırmaq çox çətinləşib".
Cəmiyyətin bütün təbəqələrindən olan siyasətçilərin onilliklərdir islamafobiyaya məhəl qoymadığını vurğulayan Yusif siyasətçilərin müsəlmanlara qarşı təxribat xarakterli ritorika ilə mübarizə aparmaq əvəzinə bunun artmasına imkan verdiyini bildirib.
Nəhayət, Həmzə Yusif məqaləsində vurğulayır ki, ifrat sağçıların populyarlığının artması və yayılması nəticəsində danışdığı müsəlmanlar qorxur və onların bir çoxu gələcəklərinin harda olduğunu bilmirlər.
4222159