"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, Britaniyanın "The Telegraph" qəzeti bu yaxınlarda dərc olunmuş araşdırmasında İngiltərədəki müsəlmanların səslərinin nəticələri əvvəlcədən məlum olmayan yerlərin əksəriyyətində həlledici rol oynaya biləcəyini açıqlayıb.
Henry Jackson Araşdırma Vəqfi tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, müsəlmanlar dini azlıq kimi 129 yerdə həlledici rol oynaya bilər.
Seçki prosesləri üzrə ekspert Martin Baxter çıxışında izah edib ki, NRB-nin keçirdiyi son sorğunun nəticələri dinin insanların səsvermədə mühüm amil olduğunu göstərir.
Baxter insanların dini ilə necə səs vermələri arasında ölçülə bilən bir əlaqənin olduğunu və bunun insanların səsvermə tərzinə təsir edən amillərdən biri olduğunu bildirib.
Bu ilin əvvəlində keçirilən yerli seçkilərdə onlarla namizəd Qəzzada baş verən hadisələr və sionist rejimin mülki əhaliyə qarşı törətdiyi cinayətlər səbəbindən Britaniyanın hər yerində seçkilərdə iştirak edib və son nəticədə rəqiblərini məğlub etməyi bacarıb.
4222947