"İQNA", "Əl-Cəzirə" saytına istinadən xəbər verir ki, Əl-Fəqihə Məktəbi dövlət məktəblərindən uzaq olduğu üçün təhsillərini davam etdirmək ümidini itirmiş qızlara yeni həyat verir. Bu ənənəvi Quran məktəbləri dini elmlər və həyat bacarıqları öyrətmə mərkəzi kimi xidmət edir.
Məktəbin direktoru Nasir Ait Bunasır atasının 1976-cı ildə əsasını qoyduğu bu kənddə Tamsolt adlı oğlanlar məktəbinin olduğunu, şəxsən özünün Əl-Fəqihə mədrəsəsini qurduğunu və onun müstəqil bir məktəb olduğunu deyir.
Bu məktəbdə qızlar Quran hifzi və dini elmlər təhsili ilə məhdudlaşmır, həm də aşpazlıq, tikişçilik, idman və xarici dillər üzrə təhsil alaraq ailə və ictimai həyata hazırlanır.
Mərakeşdəki Quran məktəblərində Quranın əzbərlənməsi unikal üsula əsaslanır. Bu üsulda hərəkət sürətindəki fərdi fərqlər nəzərə alınır.
Məktəbin müəllimlərindən olan İbrahim Fatimi bu üsulla Qurani-Kərimin şagirdlərin gəldiyi andan sevimli kitabına çevrildiyini, uşaqların təhsilinin valideynlərin əməkdaşlığı ilə təmin edildiyini, hərflərin və sözlərin yazılması və qısa surələrin əzbərlənməsi ilə başlayan tədrici üsula əsaslanır.
Birincisi, Quran tələbələri sözlər və hərflər arasındakı oxşarlıqları tanımaq üçün sadə şeyləri öyrənirlər. Əzbəri gücləndirməyin yolu Quranı lövhələrə yazmaq və günün sonunda müəllimlə birlikdə oxumaqdır.
Bu məktəblər səhərdən axşama qədər davam edən ayrı təhsil proqramı təqdim edirlər. Bu proqrama səhər namazı və təlimatçı nəzarəti altında istirahət və əyləncə müddəti daxildir.
Hafizlər yazılanları zehndə möhkəm həkk etmək üçün oturmuş vəziyyətdə bədənlərini irəli-geri hərəkət etdirərək lövhələrdə yazılmış ayələri oxumaqdan ibarət olan “təqudin” üsulu ilə Qurani-Kərimi əzbərləyirlər.
Günorta namazından sonrakı vaxt dini mətnləri əzbərləməyə ayrılır. Əsr namazından sonra lövhələrə yenidən nəzər salınır, sonra axşam təkrar, sərf, nəhv və təcvid dərslərinə həsr olunur.
Mərakeşli islam tədqiqatçısı Əbdürrəhim Müfikir qeyd edir ki, qədim məktəblərin proqramları dini əsaslara və təlimlərə, eləcə də müasir elm təhsilinə bağlılığa dərin və tarixi yanaşma nümayiş etdirirdi.
Mərakeşli müəllim Mehdi ibn Məhəmməd Əl-Saidi deyir ki, qədim məktəblərin yaradılması İslamın gəlişi və Mərakeşdə yayılması ilə eyni vaxta təsadüf edib. O, həmçinin bildirdi ki, ümumi təhsilin məqsədi islami əqidə, ibadət və davranışları tərbiyə etmək, xüsusi təhsil isə fəqih və alimlər yetişdirmək və şəriət biliklərini gücləndirməkdir.
İslam alimi Munir Əl-Əqsabi də Murabat sülaləsinin Mərakeşin ilk məktəblərini Fez şəhərində tikdiyini bildirib. O əlavə edib ki, ən məşhur və ən böyük məktəblər Marinlər dövründə tikilib.
Əqsabi bu tarixi məktəblərin hakimlər, vaizlər və fəallar yetişdirmək üçün yaradıldığını bildirir.
Mərakeş xalqının dini təhsilində ənənəvi məktəblər mühüm yer tutur. Bu qədim məktəblər Mərakeşdə dindarlığın möhkəmlənməsinə kömək etdi, alimlər yetişdirdi, insanların öz dinləri haqqında ümumi biliklərini artırdı və ərəb dilini öyrənməyə kömək etdi.
Bu ölkədəki məktəblər Quranın bir neçə nəslə öyrədilməsində həmişə mühüm rol oynayıb. Mərakeşdə Quran hafizlərinin 68%-nin kənd yerlərindən olması bu icmaların İslam mədəniyyətinin yayılmasında və Quranın tədrisində mühüm rol oynadığını göstərir.
Mərakeş çoxlu Quran mərkəzlərinin olması ilə seçilir. Bu mərkəzlərin sayının 30 mini keçməsi ölkənin digər Afrika İslam ölkələri ilə müqayisədə bu sahədə ciddi üstünlüyünü ortaya qoyur. Mərakeşdə Vəhy Kəlamını əzbərləyən hafizlərin əksəriyyəti ana dili Amaziq olan bölgələrdəndir.
Mərakeşdə Quran hafizlərini təqdir etmək üçün il ərzində bir çox müsabiqə və festivallar keçirilir.
Bu ölkənin Quran hifzi sahəsində ən mühüm bölgələrindən biri Tamsult bölgəsidir. Bu bölgədə Quran hafizləri xüsusi dini və mədəni mərasimlərlə şərəfləndirilir.
Mərakeş Quran hafizlərinin sayına görə dünyada birinci yerdədir ki, bu da Mərakeş xalqının köklü dini ruhunun və İslam təlimlərinə sadiqliyinin, eləcə də dünyanın müxtəlif yerlərində dini təhsilə maraqlarının güclü sübutudur.
4215032