IQNA

İsveçdə müsəlmanlara qarşı hücumlar dalğası artıb

5:16 - July 08, 2024
Xəbər sayı: 3496294
İQNA – Fransanın “La Monde” qəzeti son illərdə İsveçdə müsəlmanlara qarşı təhqir və mütəşəkkil hücumların artdığını bildirib.

"İQNA", "Əl-İslah" saytına istinadən xəbər verir ki, qəzet, təşkilatlanmış təhqir və hücumların məscidlərə hücum, hicablı qadınları təhqir etmək, iş yerində və ya qonşuluqda İslam əleyhinə yazılar yazmaq kimi hərəkətləri əhatə etdiyini bildirib.
Qəzet təhlükəsizlik kameralarına düşən Skövde məscidinə donuz leşinin atılması hadisəsinin də bu hərəkətlər arasında olduğunu yazıb.
Le Monde xəbərlərinin başqa bir hissəsində ifrat sağçı lider Jimmy Acheson 2023-cü ilin noyabrında məscidləri sökmək, yeni məscidlərin tikintisini qadağan etmək və İslam qruplarını nəzarət altına almaq istədiyini açıqlayıb.
Sağçı hökumət koalisiyasında ifrat sağçı partiyanın rəsmiləri sosial mediada “isveçlilərin öz ölkələrində azlıq olmaq ərəfəsində olduğunu” iddia edərək, “İsveçin islamlaşması” kimi təsvir etdiklərini pisləməyə davam ediblər.
Belə olan halda, indi başqa qruplar da Avropa seçkiləri ərəfəsində belə ifadələr işlədirlər.
Bundan başqa, onun müsəlmanlara qarşı çıxışlarının başqa bir hissəsində müsəlmanların hicabsız qadınları daşqalaq etməyə, homoseksualları göydələnlərdən atmağa hazır olduqları bildirilib.
Cinayətkarlığın qarşısının alınması Şurasının 2022-ci ildə açıqladığı son statistik məlumatlara görə, İslam əleyhinə 234 şikayət qeydə alınıb. Müsəlman məsələləri üzrə analitik Lisa Uollenin fikrincə, bu rəqəmlər o qədər də böyük əhəmiyyət kəsb etmir, çünki az adam bu məsələ ilə bağlı şikayətlərini izləməyə cəsarət edir.
4225299

captcha