Sosial şəbəkə istifadəçiləri Qəzzada fələstinli qaçqınların çadırlarında yaşanan görünməmiş və həddindən artıq istiləri əks etdirən foto paylaşıblar. Bu fotoda Qəzza zolağındakı çadırlardan birinin içərisində 50 dərəcə temperatur olduğu göstərilir.
Qəzzada həddindən artıq istilərlə yanaşı, su, qida və soyutma vasitələrinin olmaması fələstinli qaçqınların humanitar vəziyyətini daha da çətinləşdirib.